Əsas Səhifə > Güney Press / Manşet > GƏNCƏDƏ DİNDARLARA UNİKAL QADAĞA

GƏNCƏDƏ DİNDARLARA UNİKAL QADAĞA


18-01-2012, 17:16
GƏNCƏDƏ DİNDARLARA UNİKAL QADAĞA

В«BU KİMİ FƏALİYYƏTLƏ İŞDƏN SONRA MƏŞĞUL OLUN!В»

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, bir sıra dövlət qurumlarında inanclı məmurların namaz qılmasına qadağa qoyulub. İlk olaraq bu В«təşəbbüsВ» Bakı meri Hacıbala Abutalıbovdan gəlsə də, sonradan digər idarələrdə də anoloji yasaqların olması barədə məlumatlar yayıldı.

Bu gün isə В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) Gəncədəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, Gəncənin icra başçısı Elmar Vəliyev də Hacıbala Abutalıbovun yolunu tutaraq rəhbəri olduğu qurumda inanclı məmurların namaz qılmasını yasaq edib.

Xatırladaq ki, Elmar Vəliyev və həm də hazırda Sumqayıta rəhbərlik edən Eldar Əzizov bir zamanlar Bakı meri postuna iddialı olduqlarından onlar zaman-zaman rəhbərlik etdikləri yerlərdə Hacıbala Abutalıbovun gedişlərini təkrarlamaları ilə diqqətə gəliblər. Məsələn, Hacıbala Abutalıbov küçələrdəki köhnə budka-dükanları yığışdırdığı zaman eyni В«islahatlarВ» Elmar Vəliyevin o zamanlar rəhbərlik etdiyi Yevlaxda və Eldar Əzizovun başçısı olduğu Gəncədə də müşaiyət olundu. Eləcə də digər bu kimi addımlar da davamlı olaraq təkrarlanıb.

Gəncədəki mənbə bildirir ki, Hacıbala Abutalıbovun В«yerişini yeriməyəВ» az qala vərdiş etmiş Elmar Vəliyev həftənin birinci günündən etibarən icra hakimiyyətinin işçiləri arasında yeni təlimatlarını səsləndirib: В«İcra başçısı ilk əvvəl GŞİH-in işçilərinə müraciət edərək onların dinə münasibətin soruşub. Və öyrənəndə ki onlardan 3 nəfəri namaz qılır, bu zaman başçı əsəbiləşib və bu kimi fəaliyyətlərin işdən sonraya saxlanılması barədə göstəriş veribВ».

Doğrudan da, Azərbaycan anoloqu olmayan ölkədir. Hər halda heç bir ölkədə bu kimi yasağa rast gəlinməyib və gəlinə də bilməz. Sanki namaz qılmaq saqqız çeynəmək və yaxud da hansısa hobbidir…


Geri qayıt