Əsas Səhifə > Güney Press / Manşet > BİR İCRA BAŞÇISI O BİRİSİNİN ZAVODUNA SAHİBLƏNİB

BİR İCRA BAŞÇISI O BİRİSİNİN ZAVODUNA SAHİBLƏNİB


26-09-2013, 16:49
BİR İCRA BAŞÇISI O BİRİSİNİN ZAVODUNA SAHİBLƏNİB
DİA.AZ: - Hazırda Binəqədi rayonuna rəhbrəlik edən Xaləddin Şahmar oğlu İsgəndərovun birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı olduğu zöylənilir və qeyd edək ki, zamanında Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifəsini tutub. Məlumatlara görə, Xaləddin İsgəndərovun vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olduğu da söylənilir və bildirilir ki, o, nazirin bacısının həyat yoldaşıdır.

Onu da xatırladaq ki, Binəqədi rayonuna indiyədək Milli Məclisin sədri Oqtay Əsədovun qudası Alı Qocayev başçılıq edib. O, prezident İlham Əliyevin imzaladığı sərəncamla vəzifəsindən azad olunaraq, Samuxa icra başçısı göndərilib.

Və bu xəbərlərin ardından yayılan məlumatlarda da qeyd olunurdu ki, Xaləddin İsgəndərovun Binəqədiyə rəhbər təyin edilməsilə əslində adıkeçən rayon əl dəyişdirmiş oldu. Belə ki, birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasına verilən Binəqədi eyni zamanda Oqtay Əsədovdan alınmış hesab olundu.

Onu da bildirək ki, Xaləddin İsgəndərovun Binəqədiyə gəlişindən sonra əsas olaylar bu rayonda baş verməyə başlayıb. Bu barədə DİA.AZ-a məlumatı verən mötəbər qaynağın sözlərindən belə aydın olur ki, birbaşa olaraq iki nazirə - vergilər naziri Fazil Məmmədova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova güvənən Xaləddin İsgəndərov ilk günlərdən öz mizan-tərəzisini ortaya qoyaraq, hökmünü yeritməyə başlayıb. Amma yenə də köhnə vergi işçisi olan Xaləddin müəllim əvvəlki peşə xüsusiyyətlərini də davranışlarında hiss etdirməyə başlayıb.

Mötəbər mənbənin bildirdiyiinə görə, icra başçısı bir müddət əvvəl Binəqədi rayon icra hakimiyyətinin binasında yerli sahibkarlarla mini-görüş keçirib. Mənbənin söylədikləri: В«Təbii ki, sahibkarların nə qədər pul qazandığını Xaləddin İsgəndərov bir köhnə vergi işçisi kimi yaxşı bilir və onu kimsə aldada bilməz. Hətta özü ilə bərabər o, Binəqədi ərazisindəki iş yerlərinin statistikasını da çıxararaq, görüşə hazırlıqlı vəziyyətdə gəlibmişВ».

Məlumatlara görə, sahibkarlara köhnə vergi işçisi kimi aylıq haqq qoyan Xaləddin İsgəndərov eyni zamanda bəzilərini əməlli-başlı məngənəyə də salıb: В«Təbii ki, həmin В«bəzilərininВ» əsas günahları onların keçmiş icra başçısı Alı Qocayevə yaxın olmalarıdır. Xaləddin İsgəndərov da onların qarşısında daha ağır şərtlər qoyub. Bu isə o deməkdir ki, işləmək istəyirlərsə, В«çətirləriniВ» dəyişməli olacaqlarВ». Bu hadisədən sonar təbii ki, əksəriyyət Xaləddin İsgəndərovun çətiri altına keçdi.

Amma keçməyənlər də oldu ki, onlardan biri də bir zamanlar marketlərdə kifayət qədər etibarlı marka hesab olunan “Baker” zavodu idi. Bildirək ki, dünənə qədər bir çox dükan və macazalarda satışa çıxan В«BakerВ» çörəklərini bişirən zavod da Binəqədi rayonu ərazisində yerləşirdi və əslində həmin zavodun Elçin adlı şəxs tərəfindən yönəldilməsi də simvolik xarakter daşıyırdı və zavod birbaşa olaraq Alı Qocayevə məxsus idi. Amma artıq bu zavodun Xaləddin İsgəndərov tərəfindən tam olaraq ələ keçirildiyi söylənilir.

Mənbənin söylədikləri: В«Bu gün həmin zavod yeni icra başçısına işləyir və satışa tamam fərqli adda məhsul buraxır. Yəni zavoda sahiblik edən MMC-nin adı da dəyişdirildiyindən məhsulun da adı dəyişdirilib. Hər halda Alı Qocayevin nədən asanlıqla zavodundan imtina etməsi anlaşılandır. Həmin ərəfədə bir yandan da Elşad Abdullayev kabusu Oqtay Əsədovun qohumunu qarabaqara izləməkdə idi»…

Geri qayıt