Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ ƏSƏDOVDAN FHN ŞEFİNƏ ŞİKAYƏT OLUNDU

ƏLİ ƏSƏDOVDAN FHN ŞEFİNƏ ŞİKAYƏT OLUNDU


24-09-2013, 17:31
ƏLİ ƏSƏDOVDAN FHN ŞEFİNƏ ŞİKAYƏT OLUNDU
DİA.AZ: - В«Hörmətli nazir! Azərbaycan müharibə vəziyyətindədir və Buzovna qəsəbəsində hələ Sovet hakimiyyəti illərində tikilmiş, indi sahibsiz it-pişik yuvası olan min nəfərlik «бомба убежишь»in üstündə Prezidentin keçmiş köməkçisi Əli Əsədov ikimərtəbəli, 100 dükanlı ticarət mərkəzi tikdirib…» Bu sözlər Buzovna qəsəbəsinin bir qrup sakini adından göndərilmiş müraciətdə yer alır. DİA.AZ bildirir ki, bu barədə "Təzadlar" qəzeti məlumat yayıb. Xəbərə görə, şikayətçilər ötən müraciətlərində vurğuladıqları çox vacib bir məsələnin həllinə kömək istəyirlər.

Söhbət Buzovna qəsəbəsinin mərkəzində yerləşən, hələ Sovetlər dönəmində fövqəladə hallarda - müharibə vəziyyətində vətəndaşların bombadan sığınacaq yerinin bu gün darmadağın olmasından, əksinə, onun üstündə ölkədə tanınmış şəxslərdən birinin-Prezidentin keçmiş köməkçisi, hazırda PA rəhbəri Ramiz Mehdiyevin iqtisadi məsələlər üzrə müavini Əli Əsədovun ikimərtəbəli, çoxsaylı dükanlardan ibarət ticarət şəbəkəsi tikdirməsindən, Xəzər Rayonunun 18 ildir İH başçısı işləyən Gülağa İslamovun, onun müavini Əli Heydərovun isə eyni qaydada qəsəbəni özünə məxsus çoxsaylı ticarət və iaşə mərkəzlərinə çevirməsindən və s. qanunsuz hərəkətlərdən gedir.

Şikayətçilər yenə də Prezidentin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na aid В«Əlavə Tədbirlər PlanıВ»nın təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncamına toxunaraq bildirirlər ki, büdcədən Buzovna qəsəbəsinin də inkişafı üçün lazımi vəsaitlər ayrılsa da, bu vəsaitlər mənimsənilmişdir. Nümunə üçün onlar görüləcək işlər sırasında qəsəbənin mərkəzindəki bombadan sığınacağın bərbad vəziyyətdə olmasını qeyd edirlər: «…Əgər həmin vəsait mənimsənilməyibsə və korrupsiyanın qurbanı olmayıbsa, niyə qəsəbənin düz mərkəzində olan həmin bombadan sığınacaq təmir edilməyib? Sığınacağın girişinə baxanda adam xəcalət çəkir. Xəzər RİH-nin 18 ildir başçısı işləyən Gülağa İslamov, onun müavini, çoxsaylı dükan-bazar sahibi Əli Heydərov bu qəsəbəyə ən azı 18 dəfə gəliblər. Niyə onlar Əli Əsədovun həmin sığınacağın üzərində tikilmiş ticarət mərkəzində aparılan işlərə baxıb nəzarət edə bilirlər, amma minlərlə insanın müharibə şəraitində həyatının qorunması üçün olan bombadan sığınacağın it günündə olmasını görmürlər? Halbuki içərisində sahibsiz it və pişiklər yaşayan həmin sığınacaq Əli Əsədovun ticarət mərkəzinin düz qarşısındadır…

Cənab Kəmaləddin Heydərov! Niyə sizin ərazi İdarəniz bu sığınacağın mövcud vəziyyətindən xəbərsizdir? Əgər kimsənin xəbəri yoxdursa, oranın foto-şəklini Sizə göndəririk. Buyurub öz gözlərinizlə görüb tanış olun. Cənab Prezidentimiz də deyir ki, ölkəmiz müharibə vəziyyətindədir. Birdən müharibə başladı, hansı ölkənin raketləri Azərbaycan ərazisinə atıldı, biz Buzovna sakinləri harada gizlənəcəyik? Əli Əsədovun, Gülağa İslamovun, Əli Heydərovun, bələdiyyə sədri Mətləb Əliyevin topdağıtmaz mülk və ticarət mərkəzlərinin zirzəmisindəmi?В»

Geri qayıt