Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ABUTALIBOVUN İŞÇİLƏRİ NECƏ QƏTLİAM TÖRƏTDİ?
ŞOK: ABUTALIBOVUN İŞÇİLƏRİ NECƏ QƏTLİAM TÖRƏTDİ?21-09-2013, 16:17 |
![]() DİA.AZ: - Redaksiyamıza maraqlı bir vətəndaş müraciəti daxil olub. Bakı şəhəri 8-ci mikrorayon, 32-ci binanın sakinləri DİA.AZ-a məktublarında bildirir ki, onlar iki gün əvvəl Bakı şəhər icra hakimiyyətinin işçilərinin görünməmiş vəhşiliyi ilə üzləşiblər. Sakinlər yazır: В«19 sentyabr saat 08:20 radələrində 10-JN-826 dövlət nömrə nişanlı В«qazelВ» markalı maşında gələn Bakı şəhər icra hakimiyyətinin işçiləri küçələrdəki sahibsiz itlərə qarşı rəsmən bir qətliam həyata keçirdilər. Biz təbii ki, təhlükəsizlik baxımından küçələrdən sahibsiz itlərin təmizlənməsinin tərəfdarıyıq. Amma bunu onların öldürülməsi hesabına yox! Özü də səhər çağı körpələrin, uşaqların, yeniyetmələrin məktəbə getdiyi bir ərəfədə. Hamının gözü qarşısında. İki gün əvvəl yaşadığımız ürəkağrıdan mənzərənin şokundan çıxmayanlar da var. Sanki hansısa düşmən ordusuna qarşı hücuma keçmişdilər. Xahiş edirik, dilsiz-ağızsız heyvanlara qarşı bu qeyri-insani hərəkəti edənlərin cəzalandırılması üçün dövlətin müvafiq qurumları hərəkətə keçsinlərВ». Geri qayıt |