Əsas Səhifə > Güney Press / Manşet > BİLƏSUVARIN İCRA BAŞÇISI GÖRƏVDƏN ALINIR
BİLƏSUVARIN İCRA BAŞÇISI GÖRƏVDƏN ALINIR9-09-2013, 17:38 |
![]() DİA.AZ: - Səfər çərçivəsində ölkə başçısı Masallı, Astara, Lənkəran, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarında olub. Ölkə rəhbəri səfər zamanı Biləsuvarda görülən işlərdən razı qalmayıb və fikirlərini belə ifadə edib: В«Cənub zonasında demək olar ki, bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, yaxud da ki, əsaslı şəkildə təmir edilib, bir rayonda - Biləsuvarda hələ ki, işlər lazımi səviyyədə deyilВ». Dövlət başçısı Biləsuvar Rayon Xəstəxanasının əsaslı təmiri ilə bağlı artıq göstəriş verildiyini söyləyib. Onun sözlərinə görə, bu zonanın bütün rayonlarında ən yüksək səviyyəli tibbi xidmət təşkil edilir: В«Nəzərə alsaq ki, bir müddət bundan əvvəl Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi tikilib, hazırda rayonda iki müasir tibb mərkəzi vardır. Bu, onu göstərir ki, burada müalicə, diaqnostika, bütün terapevtik tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin təzahürüdürВ». Prezidentin Biləsuvar rayonunda görülən işlərdən razı qalmaması icra başçısı Mahir Quliyevin yaxın günlərdə vəzifədən alınacağı anlamına gəlir. Xatırladaq ki, Mahir Quliyev 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun vəzifəyə gəlməsindən sonra ölkə başçısının müvafiq sərəncamları ilə Biləsuvar rayonunun sosial-iqtisadi inkişafına, yol infrastrukturunun yenidən qurulmasına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, prezident İlham Əliyev ötən ilin avqust ayında Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, on yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,2 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılsın. Bundan başqa ölkə rəhbəri bu ilin avqust ayında da Biləsuvarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, on üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılması nəzərdə tutulub. Göründüyü kimi, Mahir Quliyev Biləsuvara rəhbər təyin olunandan rayonun sosial-iqtisadi inkişafı üçün büdcədən təxminən 8 milyon manata yaxın vəsait ayrılıb. Amma icra başçısı bu pulları hara xərcləyibsə, rayonda nəzərdə tutulan işlər lazımi səviyyədə görülməyib. Və ölkə rəhbəri də bundan narazılığını dilə gətirib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, prezidentin səsləndirdiyi tənqidlər icra başçısının vəzifəsinin sonu ola bilər: В«Ölkə başçısı özü də həmişə bildirir ki, hansı rayonda normal iş getmirsə, icra hakimləri vəzifələrini düzgün icra edə bilmirlərsə, həmin şəxsləri vəzifədən uzaqlaşdırır. Çox güman ki, Biləsuvarda gördüyü vəziyyət cənab prezidentin ürəyincə olmayıb. Bunu nəzərə alsaq, dövlət başçısı Mahir Quliyevi yaxın günlərdə vəzifədən azad edə bilərВ». Qeyd edək ki, sözügedən məmurun fəaliyyətindən Biləsuvar sakinləri də razı deyillər. Onlar mətbuat vasitəsilə əlaqədar orqanlara ünvanladıqları müraciətlərdə dəfələrlə başçının əhaliyə zülm etdiyini vurğulayıblar. Yəqin ki, yaxın günlərdə icra başçısının vəzifə taleyinə aydınlıq gələcək. Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq. P.S. Mahir müəllim deyir ki, mənim elə bir qohumum var ki... Geri qayıt |