Əsas Səhifə > Güney Press / Manşet > HAKİM OĞLUNA QARŞI SƏRT İTTİHAM SƏSLƏNDİ
HAKİM OĞLUNA QARŞI SƏRT İTTİHAM SƏSLƏNDİ6-09-2013, 14:12 |
|
DİA.AZ: - Dəfələrlə şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar maddələrlə cinayətkarlara hökm oxuyan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Nizami təxminən 5-6 ay bundan əvvəl Beyləqanda hərbi xidmətdə olmuş oğlunun bir neçə əsgərə qarşı seksual zorakılığını ört-basdır edib. Məsələ ilə bağlı dünən 30gun.az-da Nizami Quliyevin oğlunun iyrənc cinayət əməli barədə qısa xronoloji məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, bu hadisə baş verdikdən sonra Respublika Hərbi Prokurorluğunda hakim Nizami Quliyevin oğlu barəsində cinayət işi başlanılıb. Lakin ata oğlunun iyrənc cinayətinin ört-basdır edilməsi istiqamətində dəridən-qabıqdan çıxaraq məsliyyətə cəlb olunmamasına müvvəfəq olub. Redaksiyamızın əməkdaşları hətta Nizami Quliyevlə əlaqə saxlayaraq məsələ ilə bağlı münasibət öyrənmək istəyib. Amma N.Quliyev bu barədə danışmaq istəmədiyini bildirərək telefonu qapadıb. Maraqlıdır ki, bir müddət əvvəl Masallı rayonunda iki yaşlı uşağı zorlayaraq qətlə yetirən 1995-ci il təvəllüdlü rayon sakini Ramil İsrafilova 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm oxuyan Nizami Quliyev oğlunun oxşar cinayət əməlini ört-basdır edə bilib. Görünür Nizami Quliyev fərqidədir ki, onun oğlu yalnız azadlıqda olmalıdır. Çünki o hakim oğludur. Başa düşüləndi ki, Nizami Quliyev hakimdir, nüfuz sahibidir. Amma Azərbaycan qanunlarına bu dərəcədə "tüpürmək" də olmaz. Şəxs etdiyi cinayət əməlinə görə layiqli cəzasını almalıdır. Təəssüf ki, Azərbaycan reallığında bu baş vermir. Bəzi məmur övladları törədikləri bir neçə cinayət əməllərindən qürur duyaraq azadlıqda gəzir, kasıblar isə xırda bir qonşu davasına görə həbsə atılır. Kimin cinayətkar olub-olmamasını isə Nizami Quliyev kimi hakimlər müəyyənləşdirir. Yəqin ki, müvafiq qurumlar Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq etmə) maddəsini bizdən yaxşı anlayırlar. Bu cür şəxslər ictimaiyyət üçün hər an təhlükədir. Oxucuların diqqətinə çatdıraq ki, hadisənin təfərrüatları barədə araşdırmalarımız davam edir. DİA.AZ olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |