Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOVUN FƏALİYYƏTİ NƏZARƏTƏ ALINIB

CAVİD QURBANOVUN FƏALİYYƏTİ NƏZARƏTƏ ALINIB


6-09-2013, 13:51
CAVİD QURBANOVUN FƏALİYYƏTİ NƏZARƏTƏ ALINIB
DİA.AZ: - В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanov bu gün ciddi nəzarət altındadır. Bu ilginc məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlar verib. Mənbə iddia edir ki, millət vəkilinin rəhbərliyi altında bir sıra maliyyə maxinasiyaları barədə müvafiq dövlət qurumlarına siqnal daxil olub. Söhbət çox ciddi məbləğdə vəsaitin mənimsənilməsindən gedir.

Xatırladaq ki, bu günlərdə oxşar ittihamla nəqliyyat naziri Ziya Məmmədovun da hədəfə çevrilməsini xəbər vermişdik.

DİA.AZ-a daxil olan son məlumatlara görə, hazırda fəaliyəti araşdırılan Cavid Qurbanova qarşı hüquqi addımlar atılmasa da, bu proses nəticəsində onun böyük məbləğdə xərcinin çıxacağı heç şübhəsizdir: В«Bu kimi məsələlərdə kiminsə bağışlanması mümkün deyil. Eləcə də Cavid QurbanovunВ».

Geri qayıt