Əsas Səhifə > Güney Press / Manşet > FƏRHAD ƏLİYEV ƏFV OLUNMASI ÜÇÜN ƏRİZƏ YAZIB

FƏRHAD ƏLİYEV ƏFV OLUNMASI ÜÇÜN ƏRİZƏ YAZIB


5-09-2013, 15:34
FƏRHAD ƏLİYEV ƏFV OLUNMASI ÜÇÜN ƏRİZƏ YAZIB
DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev əfv ərizəsi yazıb. Bu barədə DİA.AZ-a sabiq nazirin yaxınları məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl adı Milli Şuranın ehtiyat namizədi, zamanında Fərhad Əliyevin hüquqlarının müdafiə komitəsinin sədri olmuş Cəmil Həsənlinin dəstəkçisi kimi hallandırılan və ardından açıqlama verərək prezident İlham Əliyevi dəstəklədiyini bəyan edən keçmiş İİN şefi özünün müraciəti ilə bir çoxlarınan qınaq hədəfinə çevrilmişdi.

DİA.AZ-ı bilgiləndirən yaxınları isə bildirir ki, Fərhad Əliyevi bu seçki ərəfəsində gözlənilən əfv fərmanı ilə azadlığa buraxılması üçün prezident İlham Əliyevə ərizə ilə müraciət edib.

Geri qayıt