Əsas Səhifə > Güney Press / Manşet > В«QARA KƏMƏRВ» ƏMƏLİYYATINDAN DA ŞİDDƏTLİ OLAYLAR

В«QARA KƏMƏRВ» ƏMƏLİYYATINDAN DA ŞİDDƏTLİ OLAYLAR


4-09-2013, 15:55
В«QARA KƏMƏRВ» ƏMƏLİYYATINDAN DA ŞİDDƏTLİ OLAYLAR
DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərlə bağlı iqtidariçi qruplaşmalar arasında münasibətlərin yenidən gərilməsi barədə xəbər vermişdik. Bu gün isə DİA.AZ-a sözügedən istiqamətlə bağlı yeni informasiyalar daxil olub. Mötəbər mənbənin redaksiyamıza bildirdiyindən belə aydın olur ki, iç В«razborkalarВ» elə bir həddə çatıb ki, bu, birbaşa olaraq hakimiyyət böhranına belə gətirib çıxara bilər.

Mənbənin söylədikləri: В«Hamı elə bilir ki, artıq Milli Şura nağılının bitməsi iqtidarın yolunun rəvan olması anlamına gəlir. Əksinə, vəziyyət yetərincə qarışıqdır. Bu gün hakimiyyətdə bir-birini həzm edə bilməyən qüvvələr var ki, həmin qüvvələr hətta bir-birilərinin əleyhinə ümumiqtidar maraqlarını belə təhdid edən addımları atmaqdan çəkinmirlər.

Məsələn, Müdafiə Nazirinin müavininə qarşı təşkil olunmuş aksiyada bu izi axtarmağına dəyər. Hər halda, dünənə qədər kimsə nəinki nazir müavininin, hətta adi В«JEKВ» müdirinin maşınına belə hücum edəcək cəsarətd deyildi. Bu, təbii ki, hakimiyyət üçün çox pi sbir presedenti formalaşdırmaqdadır. Amma bundan kimsə narahat olmur. Çünki qrupp maraqları ümumiqtidar maraqlarının üstündədirВ».

Mənbəmiz iddia edir ki, bütün bu baş verənlər diqqətlə izlənilir: В«Onlara В«durВ» deyiləcək. Buna az qalıb. Yaxın günlərdə hətta Hacı Məmmədovun ifşası dönəmində baş verən olayları belə kölgədə qoyacaq hadisələrin təkrarlanması gözlənilir. Bunun adına В«2-ci Qara KəmərВ» əməliyyatı da deyə bilərsiniz, başqa bir ad da qoya bilərsiniz. Amma çox mühüm postları tutan ciddi fiqurlar hədəfdədirВ».

Geri qayıt