Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOVUN QARDAŞI BARƏDƏ İLGİNC VİDEOFAKT

CAVİD QURBANOVUN QARDAŞI BARƏDƏ İLGİNC VİDEOFAKT


2-09-2013, 15:37
CAVİD QURBANOVUN QARDAŞI BARƏDƏ İLGİNC VİDEOFAKT
DİA.AZ: - Bu günlərdə В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanovun Xaçmazda polis rəisi işləyən qardaşı ilə bağlı ilginc faktlar açıqlandı. Məlumatlarda deyilirdi ki, ASC prezidentinin qardaşı hətta bir neçə əxlaqsızlıq yuvasını belə himayə edir. Doğrudur, bu məlumata sonradan başqa xəbər portallarında reaksiya verildi və rəisin təkzib xarakterli mövqeyi işıqlandı. Amma…

DİA.AZ-ın əldə etdiyi son bilgilərdən isə aydın olur ki, əslində vəziyyət heç də təkzib xarakterli mətndə qeyd olunan kimi deyil. Hətta o həddədir ki, birbaşa olaraq Xaçmaz rayon polis şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin nəzarətində olan həmin obyektdə ümumAzərbaycan miqyasında faciə kimi anılan tarixi günlərdə belə eyş-işrət məclisləri təşkil olunur.

Bu barədə DİA.AZ-ı məlumatlandıran qaynaq yaxın vaxtlarda redaksiyamıza videofaktı da təqdim edəcəyini bildirib. Anlaşılanı odur ki, rayonlarımızdan birinin işğal ildönümündə rəisin kafesində əməlli-başlı vur-çatlasın, çal-oynasın olub.

Həmin materialları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

CAVİD QURBANOVUN QARDAŞI BARƏDƏ İLGİNC VİDEOFAKT

Geri qayıt