Əsas Səhifə > Güney Press / Manşet > FERMERLƏR DÖVLƏT BAYTARLIQ XİDMƏTİNƏ QARŞI
FERMERLƏR DÖVLƏT BAYTARLIQ XİDMƏTİNƏ QARŞI2-09-2013, 15:06 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan bunyavirus xəstəliyi yayılıb və bu xəstəlik daha çox yerli fermerlərə ziyan vurduğundan bu gün hansısa kənd təsərrüfatı nazirliyi işçisinin və yaxud da bu sahə ilə əlaqədar dövlət yetkilisinin В«əhaliyə yerli əti almağı məsləhət görmürükВ» şəklində açıqlama verməsi olduqca rahatdır. Zərəri isə təbii ki, yerli fermerlər görürlər və ziyan onlara dəyir. Onu da bildirək ki, artıq nazirlər kabinetin xəstəliyin aradan qaldırılması məqsədilə dövlət büdcəsindən 2 milyon manatdan artıq vəsait ayırıb. Bu vəsaitlə isə fermerlərə pulsuz dava-dərman paylanmılıdır. Yəni rəsmi təyinatında belə nəzərdə tutulur. Lakin DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, vəziyyət heç də rəsmi xəbərlərdə təsvir olunan kimi deyil. Məsələn, az əvvəl yayılan rəsmi açıqlamada qeyd olunurdu ki, mal-qara arasındakı xəstəliyin dinamikasında xeyli dərəcədə azalma müşahidə olunur. Bu barədə açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, hazırda 3 min başa yaxın heyvanın müalicəsi aparılır: “215 min başdan artıq heyvan isə müalicə olunub. Bu gün də Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində öz fəaliyyətini davam etdirir”. Y. Xanvəli onu da əlavə edib ki, Nazirlər Kabinetinin avqustun 29-da verdiyi sərəncama uyğun olaraq, Dövlət Baytarlıq Xidmətinə 2 milyon 350 min manat vəsait ayrılıb: “Bu vəsait ilkin yardım üçün xüsusi təyinatlı avtomaşınların, avadanlıqların, müalicə dərmanlarının, dezinfeksiya maddələrinin alınması üçün nəzərdə tutulub. Bütün bunların alınması istiqamətində işlər davam etdirilir. Yəqin ki, yaxın vaxtlarda nəzərdə tutulan vasitələr alınıb gətiriləcək”. Qeyd edək ki, Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bunyavirus ailəsinə məxsus olan şamonda, akabene və aina viruslarının qarışığından yaranan xəstəlikdir. Hazırda 37 rayonda bu xəstəlik müşahidə olunur. DİA.AZ-a bu barədə mövqeyini açınqlayan Bərdə fermerləri isə Yolçu Xanvəlinin bir dövlət rəsmisi olaraq həqiqəti gizlətdiyini bildirirlər. Onların sözlərinə görə, elə Bərdə fermerləri həm Yolçu Xanvəlinin özünə və həm də Baytarlıq Xidmətinin Bərdədəki nümayəndəsinə dava-dərman üçün müraciət etsə də, rədd cavabı alıblar: В«Yolçu Xanvəli iddia edir ki, mal-qara müalicə olunur. Yalan danışır. Çünki biz ona müraciət etdik, o isə bizə bildirdi ki, kənd təsərrüfatı nazirliyi Dövlət Baytarlıq Xidmətinə vəsait ayırmalıdır, ondan sonra baytarlıq xidməti də fermerlərə dava-dərman verəcək. Yəni bu gün hansısa müalicənin aparılması haqda deyilənlər uydurmadırВ». Bütün tərəflərin mövqelərinin işıqlandırılmasına hazırıq. Geri qayıt |