Əsas Səhifə > Güney Press / Manşet > BAKI MERİ POSTUNA KİM GƏLMƏK İSTƏYİR?

BAKI MERİ POSTUNA KİM GƏLMƏK İSTƏYİR?


27-08-2013, 17:08
BAKI MERİ POSTUNA KİM GƏLMƏK İSTƏYİR?
DİA.AZ: - Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonun bütün idarə və müəssisələrindən, həmçinin rayonda fəaliyyət göstərən irili xırdalı bütün sahibkarlardan pul toplanması ilə bağlı yaxın ətrafına tapşırıq verib. Artıq bu tapşırığın yerlərə çatdırıldığı və xüsusən sahibkarlar tərəfindən ciddi narazılıqla qarşılanması ilə bağlı DİA.AZ-a məlumat daxil olub. Narazılığın əsas səbəbi isə, icra başçısının tələb etdiyi məbləğin həddindən artıq böyük olmasıdır.

Daxil olan məlumatda bildirilir ki, icra başçısı pulun çox qısa müddət ərzində toplanmasını tələb edib. Bildirilir ki, Xaləddin İsgəndərovun tələb etdiyi pullar toplanarsa, bu məbləğ 20-30 milyon manatın üzərndə olacaq.

Mənbə bildirir ki, Xaləddin İsgəndərovun Binəqədinin idarə və müəssisə rəhbərlərindən, həmçinin bütün xidmət sahələrindən və özəl sektorda çalışanlardan bu məbləği tələb etməsinin səbəbi bəlli deyil. Lakin o da aydındır ki, icra başçısı bu qədər pulun toplanması üçün belə bir tapşırığı öz başına verə bilməz.

Pulun tələsik toplanması üçün təzyiqlərin edildiyini bildirən mənbə onu da qeyd edir ki, bu qədər pulun təcili toplanması üçün hansısa ciddi səbəb olmalıdır. Ehtimal olunan variant isə Xaləddin İsgəndərovun daha yüksək vəzifə almaq üçün bu pulu toplamasıdır.

Xatırladaq ki, son zamanlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifəsindən gedəcəyi ilə bağlı söz-söhbətlər yayılmaqdadır. Abutalıbov özü də, son açıqlamasında yaxın zamanlarda postundan gedə biləcəyinə işarə vurub. Binəqədinin icra başçısının Bakı meri postuna göz tikməsi haqqında da söz-söhbət gəzməkdədir. Bildirilir ki, o, bu vəzifəyə seçkidən sonra təyin olunacaq. Lakin məlumat verən mənbəninin sözlərinə görə ola bilsin ki, Xaləddin İsgəndərov nazir postuna gətirilsin və icra başçısının rayonda tələsik pul toplamağı əmr etməsi məhz bununla bağlıdır.

Xatırladaq ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov hakimiyyətdə güclü mövqeyə sahib olan vergilər naziri Fazil Məmmədovun yaxın qohumudur. Ehtimal olunur ki, Xaləddin İsgəndərov həm Kəmaləddin Heydərovdan, həm də В«Bakı klanındanВ» dəstək alır.

Binəqədi rayonu ilə bağlı daxil olan başqa bir məlumat isə Xaləddin İsgəndərovla YAP Binəqədi təşkilatının sədri Nəbi Xəlilov arasında qarşıdurmanın yaranmasıdır. Bunula bağlı xəbəri dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt