Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİ PİSLƏŞİB

GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİ PİSLƏŞİB


27-08-2013, 16:14
GÜLƏR ƏHMƏDOVANIN SƏHHƏTİ PİSLƏŞİB
DİA.AZ: - Keçmiş YAP-çı deputat, hazırda Elşad Abdullayevin ittihamları həbsdə saxlanılan Gülər Əhmədovanın səhhətində yenidən problemlər yaranıb. Bu barədə məlumatı DİA.AZ-a ötürən mənbə maraqlı bir açıqlama da verib.

DİA.AZ-a daxil olan həmin açıqlamanı olduğu kimi təqdim edirik: В«Mətbuat Gülər Əhmədova barəsində, onun sağlıq durumu ilə əlaqədar o qədər uydurma və heç bir əsası olmayan məlumat yaydı ki, indi həqiqətən də özünü yaxşı hiss etməyən Gülər Əhmədova haqda hansısa xəbərin ictimailəşdirilməsində ehtiyatlılıq hiss olunur.

Burada bir məqam da ondan ibarətdir ki, əksəriyyət В«Gülər Əhmədovanı azadlığa buraxmaq üçün bəhanə axtarırlarВ» məntiqindən çıxış edir. Halbuki həqiqətən də Gülər Əhmədovanın səhhətində ciddi problemlər var və onun ciddi həkim nəzarətinə ehtiyacı varВ».

Onu da bildirək ki, bu məlumatı dəqiqləşdirə bilməmiz üçün redaksiyamızın əməkdaşları həm Gülər Əhmədovanın yaxınlarının və həm də vəkilinin mövqeyini də öyrənib, diqqətinizə çatdıracaqlar. Bizi izləyin…

Geri qayıt