Əsas Səhifə > Güney Press / Manşet > RUSİYADAN TƏXRİBATÇI DƏSTƏ GƏLİB
RUSİYADAN TƏXRİBATÇI DƏSTƏ GƏLİB10-01-2012, 16:35 |
![]() BİR QRUP RUS TƏXRİBATÇISININ AZƏRBAYCANDAKI GİZLİ MARAQLARI DİA.AZ: - Azərbaycanın əsas düşməninin nə erməni, nə də fars olduğu əslində hər kəsə aydındır. Hər halda, uzun illər Azərbaycanı əsarəti altında saxlayan və Azərbaycan torpaqlarının tikə-tikə alınıb-satılmasına, yüz minlərlə Azərbaycan türkünün qanına qəltan edilməsinə rəvac verən Rus imperiyası yenə də ölkəmizin bir nömrəli düşməni hesab olunmaqdadır. Rusiyanın Azərbaycana bəlli mövqeyi olmasaydı, nə bu gün Qafqazda Ermənistan adlı dövlət vardı, nə də Azərbaycan türkünün parçalanma problemi. Əslində bu həqiqətləri hətta dünyanın Azərbaycana münasibətdə ucqar ölkələri belə bilir. Bu günlərdə isə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycan barədə tarixi faktları açıqlayan holland alimləri də qətiyyətli şəkildə bəyan etdilər ki, əslində Azərbaycanın bütün bəlaları onun Rusiya ilə qonşu olmasından, Rusiyanın Azərbaycanda hələ də maraqlı olması səbəbindən qaynaqlanır. Nə biz yerimizi dəyişmişik, nə də Rusiya. Yəni hələ də bizə qonşu olan bu ölkə yenə də Azərbaycan əleyhinə fəaliyyəti ilə diqqət mərkəzindədir. Bu barədə aldığımız məlumatlar isə Rusiyanın В«AvroviziyaВ» mahnı yarışması öncəsi Azərbaycan üçün arzuolunmaz təxribatlara tədarük görməsini təsdiqləyir. Qeyd edək ki, anoloji təxribatların baş verməsində İranın da maraqlı olması barədə bir neçə gün əvvəlcədən məlumatlar yayılmışdı. Mötəbər mənbələrdən aldığımız xəbərə görə, bir neçə gündür ki, Rusiyadan təxminən 20-yə yaxın təxribatçı Azərbaycana gəlib: В«Onlar əsasən Azərbaycanın şimal bölgəsindəki istirahət mərkəzlərində məskunlaşıblar və yerli əhali arasında təxribat xarakterli təbliğati işlərlə məşğuldurlarВ». Mənbəmiz bildirir ki, üç gün əvvəl həmin təxribatçı ruslardan biri yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalansa da, sonradan naməlum şəraitdə azad edilib: В«Həmin rusiyalı təxribatçı etniklərin yaşadığı bölgədə separatizm meyillərini qızışdıran təbliğatla məşğuldurlar. Hətta onlarda müvafiq məqsədlər üçün hazırlanmış ədəbiyyat nümunələri də var ki, onların bəziləri bizim xüsusi xidmət orqanlarının əlinə keçibВ». Rusiyanın Azərbaycanda nədən bu formada təzyiq üsuluna əl atdığını hər halda, anlamaq çox çətindir. Ən azından rəsmi Bakının Kremllə əlaqələrinin yüksək olduğu bir ərəfədə rusların yenidən köhnə üsulla üzərimizə gələ biləcəyi ən az təxmin olunan məsələlərdən biridir. Görünür, bizim bilmədiklərimiz bildiklərimizdən daha çoxdur. Mövzu diqqətimizdədir… Geri qayıt |