Əsas Səhifə > Güney Press / Manşet > ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ ŞƏRƏ SALDI
ELŞAD ABDULLAYEV DAHA BİR NƏFƏRİ ŞƏRƏ SALDI23-08-2013, 18:14 |
![]() DİA.AZ: - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə A. Kazımov son söz deyib. O, özünü təqsirli bilmədiyini, heç bir ittihamın sübuta yetmədiyini qeyd edib: “Mən Elşad Abdullayevin şər-böhtanları əsasında tutulmuşam. İttihamların heç biri sübuta yetirilməyib. Lakin nə cəza versəniz çəkməyə hazıram. İnanıram ki, məhkəmə ədalətli və cəsur qərar verəcək”. Daha sonra hakimlər müşavirəyə gediblər. DİA.AZ bildirir ki, məhkəmənin hakimi müşavirədən sonra Arzu Kazımovun barəsində qərar çıxarıb. Beləliklə Elşad Abdullayevin şəri ilə iş adamına 3 il cəza kəsilib. Arzu Kazımovun vəkili hakimin qərarından şikayət veriləcəyini bildirib. Geri qayıt |