Əsas Səhifə > Güney Press / Manşet > AYAZ MÜTƏLLİBOVU NAMİZƏD KİMİ GÖRƏNLƏR VAR
AYAZ MÜTƏLLİBOVU NAMİZƏD KİMİ GÖRƏNLƏR VAR19-08-2013, 15:46 |
![]() DİA.AZ: - В«SözВ» Analitik Araşdırma Bürosu (SAAB) prezident seçkiləri ərəfəsində Azərbaycanın 4 iri şəhərində sorğu keçirib. Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərindən sorğuda 2000 respondent iştirak edib. Sorğuda məqsəd seçkiqabağı ictimai-siyasi vəziyyəti öyrənməkdən ibarət olub. 1. SAAB-dan DİA.AZ-a verilən məlumata görə, sorğu iştirakçıları prezident seçkiləri ərəfəsində namizədlərə yaradılan şəraiti əsasən orta səviyyədə qiymətləndiriblər. Yəni respondentlərin 71,3 faizinin qənaətinə görə seçkiqabağı durum hələ ki qənaətbəxşdir. Yaldnız 19 faiz vəziyyətin acınacaqlı olduğunu bildirir, 9,7 faizin fikrinə görə isə vəziyyət əladır. 2. В«Hansı namizədi daha şanslı hesab edirsinizВ» sualının cavabına isə seçicilər maraqlı cavabları veriblər. SAAB-ın bu suala cavabla təqdim etdiyi nəticələr belədir: 1. İlham Əliyev 86,4 faiz; 2. İsa Qəmbər 4,3 faiz; 3. Əli Kərimli 3,7 faiz; 4. Rəsul Quliyev 1,7 faiz; 5. Digərləri 2,6 faiz. Nəticələrə görə, rəyi öyrənilənlərin 1,3 faizi keçmiş prezident Ayaz Mütəllibovu dövlətin başında görmək istəyir. Halbuki o, namizədliyini verməyib. 3. Ən maraqlısı isə seçki ilə bağlı rəylərini açılayan vətəndaşların əksəriyyətinin В«seçkilərdə iştirak edəcəksinizmiВ» sualına verdikləri cavabdır. Belə ki, böyük əksəriyyət, yəni respondentlərini təxminən 61,2 faizi В«yoxВ» cavabın verib. Yalnız 38,8 faiz sorğu iştirakçısı səsverməyə gedəcəyini açıqlayıb. Geri qayıt |