Əsas Səhifə > Güney Press / Manşet > DEPUTATIN MANDATI ƏLİNDƏN ALINA BİLƏR

DEPUTATIN MANDATI ƏLİNDƏN ALINA BİLƏR


19-08-2013, 15:15
DEPUTATIN MANDATI ƏLİNDƏN ALINA BİLƏR
DİA.AZ: - В«Daha bir millət vəkilinin mandat əlindən alına bilərВ». Bu şok məlumatı DİA.AZ-a mötəbər mənbələr ötürüb. Redaksiyamıza bu barədə danışan Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, deputatlardan birinin ümumiqtidar maraqlarına xəyanət etməsi faktı, hətta onun müxalifətə gizli şəkildə dəstək etməsi faktı aşkarlanıb.

Hələlik həmin deputatın kimliyi barədə susan mənbəmiz bildirdi ki, yaxın günlərdə, daha doğrusu, parlamentin payız sessiyasının ilk iclasındaca bu məsələ qaldırıla, deputatın mandatı əlindən alına bilər.

Onu da bildirək ki, parlamentin payız sessiyası sentyabr ayında öz işinə başlayacaq. Mandatı təhlükədə olan deputatın kimliyinə gəlincə isə bu istiqamətdə müxtəlif versiyalar mövcuddur.

Məsələn, bu günlərdə Ana Vətən Partiyası ətrafında qalmaqal yaşandı və deputat Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsi faktı AVP rəhbərliyi tərəfindən süngü ilə qarşılandı. Zahid Oruc hətta partiyasından belə qovuldu. Və mümkündür ki, onu indii də mandatından etsinlər. Çünki bildirilənlərə görə, Zahid Orucun namizədliyini irəli sürməsi faktı heç də iqtidar tərəfindən ümumi olaraq bəyənilməyib və hətta burada iqtidariçi qrup marağı olduğundan AFP sədri Fəzail Ağamalı baş verənləri böyük təpgi ilə qarşıladı. Ən azından hansısa oyunda iştirakçı olmadığını sübutlamaq üçün.

Amma mənbəmizin bu barədə susması səbəbindən mandatı təhlükədə olan deputatın məhz Zahid Oruc olduğunu əminliklə söyləyə bilmirik.

Onu da bildirək ki, 2005-ci il sekilərindən sonra iki deputat mandatını itirib. Onlardan biri Hüseyn Abdullayevdir ki, o həbs edildi və sonradan azadlığa çıxsa da, yenə də iqtidarı qıcıqlandıran addımları ilə diqqətə gəldi və hazırda Almaniyaya sığınıb. Digəri isə Elşad Abdullayevin məlum videobombardmanı nəticəsində YAP-dan və parlamentdən qovulan Gülər Əhmədovadır.

Geri qayıt