Əsas Səhifə > Güney Press / Manşet > MƏMURUMUZUN 1 MİLYON DOLLARLIQ İDDİASI
MƏMURUMUZUN 1 MİLYON DOLLARLIQ İDDİASI14-08-2013, 16:06 |
![]() DİA.AZ: - Redaksiyamıza maraqlı bir informasiya daxil olub. В«FacebookВ»dakı oxucularımızdan birinin DİA.AZ-a göndərdiyi informasiyalardan belə aydın olur ki, bu günlərdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində yüksək vəzifə tutan şəxslərdən biri qardaş Türkiyədə avtomobil qəzasına düşüb. Mənbənin yazdığına görə, Əbülfəs Qarayevlə dostluq münasibətində olan həmin məmurumuza Türkiyənin Antalaya şəhərində yerləşən özəl tibb müəssisələrinin birində - Anadolu Hastanesi Antalya Mərkəzində laqeyd münasibət bəsləndiyindən onun səhhəti ağırlaşıb. Məlumat təfsilatı ilə: В«Azərbaycanlı məmur türkiyəli dostlarından birinin maşınında qəza keçirib. Qəza barədə Türkiyə KİV-lərində məlumat da verilib. Azərbaycanlı nazirlik işçisi sağ qalsa da, onunla bərabər olan dostu hadisə yerindəcə keçinib. Qəzada xəsarət olan məmurumuzu Anadolu Hastanesi Antalya Mərkəzinə gətiriblər. Və bu zaman laqeyd münasibətlə qarşılaşıb və o da ciddi qan itirib. Daha sonra xəstəxanaya gələn yaxınları onu tibbi helikopterlə Ankaraya və orada tibbi müdaxilə edildikdən sonra Moskvaya aparıblarВ». Mənbə yazır ki, artıq səhhətini bərpa edən məmurumuz Anadolu Hastanesi Antalya Mərkəzinin rəhbərliyini məhkəməyə vermək fikrindədir: В«Türkiyənin tanınmış vəkillərindən birini sifariş edən məmurumuz xəstəxanadan 1 milyon dollar - 2 milyon türk lirəsi təzminat tələb edirВ». Onu da bildirək ki, həmin məmurun kimliyi ilə bağlı araşdırmalar aparırıq və əldə etdiyimiz bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin… Geri qayıt |