Əsas Səhifə > Güney Press / Manşet > DEPUTATIMIZIN GİZLİ VİDEOSU YAYILACAQ

DEPUTATIMIZIN GİZLİ VİDEOSU YAYILACAQ


29-07-2013, 16:08
DEPUTATIMIZIN GİZLİ VİDEOSU YAYILACAQ
DİA.AZ: - Son günlər gizli video çəkilişlər mövzusu kifayət qədər aktuallaşıb. Bu əsnada xüsusi olaraq populyarlaşanı isə keçmiş ABU rektoru Elşad Abdullayevdir. Xatırladaq ki, az əvvəl Elşad Abdullayevin deputat Adil Əliyev və onun qardaşı Prezident Administrasiyası rəhbərinin köməkçisi, Bakı Şəhər Baş Polis İdarəsitnin sabiq rəisi Məhərrəm Əliyevi də şantaj etdiyini, onlardan istifadə etdiyini və hətta onları bu üsulla öz himayədarına xəbər vermişdik.

DİA.AZ-a bu barədə yeni məlumatlar daxil olub. Elə bu dəqiqələrdə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, bu günlərdə Adil Əliyevin də videosu yayılacaq: В«Həmin videoda Elşad Abdullayev və onun videoları ilə bağlı məsləhətləşmələr aparılacaqВ».

Mənbənin sözlərinə görə, Adil Əliyevlə Elşad Abdullayev bu günlərdə Fransada görüşüblər: В«Həmin görüş gərgin keçib. Elşad Abdullayev Adil Əliyevlə sərt danışıb. Ona bildirib ki, bəs başqa nəticələr də olmalı idi. Yəni Gülər Əhmədovanın həbsi ilə məsələ bitməməli idi. Bundan sonra tərəflər arasında mübahisə düşübВ».

Mənbə iddia edir ki, tamam başqa bir tərəf isə Adil Əliyevin Bakıda videosunu çəkib və həmin video bu günlərdə youtube-a yerləşdiriləcək.

Geri qayıt