Əsas Səhifə > Güney Press / Manşet > BÜTÜN ÖLKƏ İMRAN CƏFƏROVA SAHİB ÇIXDI

BÜTÜN ÖLKƏ İMRAN CƏFƏROVA SAHİB ÇIXDI


24-07-2013, 15:43
BÜTÜN ÖLKƏ İMRAN CƏFƏROVA SAHİB ÇIXDI
DİA.AZ: - Nabranda balaca İmranın başına gələn faciə bütün ölkəni üzməkdədir. Artıq olaya verilən reaksiyalar da belə deməyə əsas yaradır. Onu da bildirək ki, İmran Cəfərovun müalicəsinə görə gün ərzində 800 manat tələb edən Mərkəzi Klinikanın internet saytı az əvvəl hakerlər tərəfindən dağıdılmışdı.

Belə ki, ölkənin ən tanınmış tibb müəssisəsinin saytının anna səhifəsində 2 yaşlı İmran Cəfərovla bağlı müraciət yerləşdirilib. “Buradan Mərkəzi Klinikanın böyüklərinə səslənirik. Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər günə 800 AZN alırsınızsa hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız!”, - müraciətdə deyilir.

DİA.AZ bildirir ki, artıq Mərkəzi Klinikanın saytı bərpa olunub. Amma bunun əvəzində balaca İmranın faciə yaşadığı “Nabran Holiday Village”nin “facebook”dakı səhifəsi dağıdılıb. EYni zamanda istirahət mərkəzinə vətəndaş basqıları ehtimalı yüksək olduğundan hazırda “Nabran Holiday Village”nin polis nəzarəti altında tutulduğu da deyilir.

BÜTÜN ÖLKƏ İMRAN CƏFƏROVA SAHİB ÇIXDI
Geri qayıt