Əsas Səhifə > Güney Press / Manşet > BAKIDAKI İRAN AGENTURASI NİYƏ QADAĞAN EDİLDİ?
BAKIDAKI İRAN AGENTURASI NİYƏ QADAĞAN EDİLDİ?20-07-2013, 15:34 |
![]() DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı yenidən kampaniyaya başlayıb. Buna səbəbsə İranın İmam Xomeyni İmdad Komitəsinə bağlı İmam Əli Tibb Klinikasının Azərbaycandakı fəaliyyətinin dayandırılması göstərilsə də, mola mətbuatında yer alan məqalədən belə bir təəssürat yaranır ki, əslində hadisədən bəhanə kimi istifadə olunur. DİA.AZ bildirir ki, В«AranNewsВ» portalının məqaləsində Azərbaycan hakimiyyəti ittiham olunur və qeyd olunur ki, 20 il ərzində İmam Əli Tibb Klinikası Azərbaycanda əvəzsiz tibbi yardım işi həyata keçirməsinə rəğmən qapadılıb, amma bunun əvəzində İsrailə aid qurumlar rahatca fəaliyyət göstərirlər. Hətta mola mətbuatı konkret misallar da gətirib. Eyni zamanda Azərbaycan mediasını da ittiham etməkdən çəkinməyiblər. Guya ki, bizlər İran haqqında haqsız tənqidlər səsləndiririk. Yəni bu ölkə Ermənistanın arxasında dayanmayıb. Belə yerdə deyərlər, oğru elə bağırdı ki… Hər halda, fars-molla rejiminin Bakıda və Azərbaycanın digər şəhərlərində fəaliyyətdə olan müxtəlif adlı və profili qurumlarının əslində bir kəşfiyyat yuvası olması faktdır. Bunu elə Tehranda oturanlar da yaxşı bilir. Odur ki, mollaların aşağıdakı məqaləsi əslində, ifşa olunan faktdan yaranmış bir qəzəbdən başqa şey deyil. Məqalədə deyilir: В«Azərbaycan Respublikasında ehtiyaclılara pulsuz tibbi xidmətlər göstərən İmam Xomeyni (rə) İmdad Komitəsinə bağlı İmam Əli (ə) tibb klinikasının fəaliyyəti bu respublika hökuməti tərəfindən fəaliyyət icazəsi müddətinin uzadılmamasına görə dayandırılıb. Verilən məlumata görə, Bakıda İmam Xomeyni (rə) İmdad Komitəsinin nümayəndəliyinin qapısına vurulan bildirişdə bildirilir: İmam Əli (ə) tibb klinikasının fəaliyyət icazəsinin müddətinin uzadılmamasına görə, onun fəaliyyəti dayandırılıb və Azərbaycan Respublikasının əlaqədar orqanları ilə bu mərkəzin fəaliyyəti üçün icazənin alınması üçün məsləhətləşmələr davam edir. İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi ötən ildən bu nümayəndəliyin, həmçinin İmam Əli (ə) tibb klinikasının fəaliyyətinin icazə müddətinin uzadılması ilə müraciət etmişdi. Gündəlik onlarla ehtiyaclı Azərbaycan vətəndaşına pulsuz tibbi xidmətlər göstərən İmam Əli (ə) tibb klinikasının fəaliyyətinin dayandırılması, klinikaya müraciət edənlərin narazılığına səbəb olub. İmam Əli (ə) tibb klinikasının fəaliyyəti İmam Xomeyni (rə) İmdad Komitəsinin Azərbaycan Respublikası ehtiyaclılarına humanitar yardımlarının bir hissəsidir. Belə ki, bu nümayəndəlik təxminən 20 il öncədən on minlərlə ehtiyaclıya yardım və Qarabağ müharibəsinin azərbaycanlı didərginlərinin kömək məqsədilə Azərbaycan Respublikasında humanitar yardımlara milyonlarla dollar vəsait sərf etmişdir. Özünü təmin layihələrinin icrası, faizsiz kreditlərin verilməsi, təhsil almağa yardım, ehtiyaclı gəlin köçməyə hazırlaşanlara cehizin verilməsi, nağd və qeyri-nağd yardımlar, pulsuz tibb xidmətləri İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin ötən 20 ildəki humanitar fəaliyyətlərinin bir hissəsidir. Bu kömək məqsədli fəaliyyətlərinə görə dəfələrlə Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev tərəfindən dəfələrlə alqışlanan İmam Xomeyni (rə) İmdad Komitəsinin nümayəndəliyi son iki il ərzində İranın bəzi digər nümayəndəlikləri kimi Azərbaycan Respublikasının qeyri-dost hərəkətləri ilə üzləşmişdir. Azərbaycan Respublikası iki il öncə İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin fəaliyyətini dayandırmaq məqsədilə bu nümayəndəliyin məkanının 30 illik icarə müqaviləsini təhrif etmək və qeyd olunan müqaviləni 3 illik göstərmək üçün çalışsa da, buna nail ola bilmədi. Məlumata görə, Azərbaycan Respublikası Baş Nazirliyinin Humanitar Yardımlar Məsələləri üzrə şöbəsi 2013-cü ilin əvvəlindən və öncədən məlumat verilmədən İmam Xomeyni (rə) İmdad Komitəsi ilə bütün fəaliyyətlərini dayandırıb və İmdad komitəsinin nümayəndəliyinin direktoru və müavininə viza verilməyib. Azərbaycan Respublikası həmçinin ötən il İmam Xomeyni (rə) İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin İranın Milli Bankının Bakı filialındakı hesabını dondurub və həmin hesabdan vəsaitin götürülməsinə mane olub. İmam Xomeyni (rə) İmdad Komitəsinin hesabı dondurulduğu bir halda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi gülünc bir hərəkətdə İmam Xomeyni (rə) İmdad Komitəsinin Nümayəndəliyinin adını öz illik maliyyə hesabatlarını təqdim etməyən Azərbaycanda fəal xarici qeyri-hökumət təşkilatların siyahısına salıb. Verilən məlumata görə, ötən ildən İmdad Komitəsinin rayonlardakı bəzi nümayəndəliklərinin fəaliyyəti dayandırılıb və Gəncə və Lənkərandakı nümayəndəliklər də təhdid olunublar. İmam Xomeyni (rə) İmdad Komitəsinin Bakıdakı nümayəndəliyinin şəffaf və humanitar fəaliyyətlərinə qarşı Azərbaycan Respublikası hökumətinin maneçilik və bəhanələri elə bir şəraitdədir ki, onlarla qərb və sionist müəssisəsi və qurumu xeyriyyə adı altında Azərbaycan Respublikasında fəaliyyət göstərir. Britaniya Humanitar Təşkilatının nümayəndəliyi, sionist rejimin Suxnutun nümayəndəliyi, sionist rejimin Maşavın nümayəndəliyi, Yahva Şahidləri, Norveç Sığınacaq Şurası nümayəndəliyi, Fransanin Ekilibr Humanitar Təşkilatının nümayəndəliyi və “Dünya Həkimləri Yunanıstan” Humanitar Təşkilatının nümayəndəliyi bu orqanlardandır. İmam Xomeyni (rə) İmdad Komitəsi sırf Azərbaycan Respublikası ehtiyaclarına kömək etdiyi bir halda, bu müəssisələrdən bəziləri zahirdə qərb və sionist xeyriyyəsi adı altında siyasi fəaliyyətlə məşğul olub və açıq-aşkar hökumətə müxaliflərə maliyyə yardımları edirlər. Lakin Azərbaycan Respublikası hökuməti onlara qarşı addım atmır. İmam Xomeyni (rə) İmdad Komitəsinin nümayəndəliyinin gözləntisi olmadan göstərdiyi humanitar fəaliyyətlər qarşısında Bakının hərəkətləri Azərbaycan Respublikası xalqının narazılığına səbəb olub və bu sualı ortaya qoyub ki, görəsən 20 il əvəzsiz yardıma cavab təhqiramiz davranışlardırmı? İmam Xomeyni (rə) İmdad Komitəsinin nümayəndəliyinin 20 illik fəaliyyəti ölkəmizin Azərbaycan Respublikasına yardımlarının bir hissəsi olaraq Tehranın Bakıya dost və qardaşcasına baxışı çərçivəsindədir. Azərbaycanın bəzi media və dairələri bu köməkləri gözdən salmaq məqsədilə həmişə İranın Ermənistanı himayə etməsini iddia edərək İran əleyhinə təbliğat aparırlarВ». Geri qayıt |