Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISINDAN JURNALİSTLƏRƏ İÇKİLİ ZİYAFƏT

İCRA BAŞÇISINDAN JURNALİSTLƏRƏ İÇKİLİ ZİYAFƏT


19-07-2013, 16:29
İCRA BAŞÇISINDAN JURNALİSTLƏRƏ İÇKİLİ ZİYAFƏT
DİA.AZ: - Milli Mətbuat günü ilə əlaqədar ayrı-ayrı dövlət qurumlarının həmkarlarımızı təbrik etməsi çox gözəl bir ənənə olsa da, bu proses zamanı maraqlı hadisələr də yaşanılır. Məsələn, daha çox diqqətçəkəni nazirliklərin və digər dövlət idarələrinin TƏBRİKLƏRİ zamanı jurnalistləri çeşidlərə bölmələridir.

DİA.AZ-a danışan həmkarlarımızdan biri isə başqa bir məqama toxunub. Həmkarımızın bildirdiyinə görə, Bakının rayonlarından birinin icra başçısı 22 İyul - Milli Mətbuat Günü ilə bağlı jurnalistlərə spirtli içkilərlə zəngin bir qonaqlıq verib.

Qonaqlığın Ramazan ayına düşməsini bəzi jurnalistlər başçıya xatırlatsa da, hələlik adını çəkmədiyimiz həmin rayon rəhbəri В«əşi jurnalistlərin Allahı yoxdur, onlara içmək olarВ» deyərək özü də içki məclisində iştirak edib.

Geri qayıt