Əsas Səhifə > Güney Press / Manşet > RÜSTƏM İBRAHİMBƏYOV HƏBS OLUNMAYACAQ
RÜSTƏM İBRAHİMBƏYOV HƏBS OLUNMAYACAQ18-07-2013, 16:26 |
![]() DİA.AZ: - Hakimiyyətin Milli Şura tərəfindən vahid namizədliyi elan olunan Rüstəm İbrahəimbəyovla anlaşması barədə bəzi KİV-lərdə məlumat yayılıb. Bu xəbəri DİA.AZ-a şərh edən hökumət içindəki mənbə iddia edir ki, əslində Rüstəm İbarəhimbəyovla anlaşma barədə deyilənlər həqiqətə uyğun olmasa da, müəyyən gerçəkliklər var: В«Söhbət Rüstəm İbrahəimbəyovla danışıqlardan gedir. Bu günlərdə Moskvada tanınmış rejissorla hakimiyyətin nümayəndələrinin biri arasında danışıqlar aparılıb. Hakimiyyət adından Rüstəm İbrahəimbəyovla görüşən şəxs Prezident Administrasiyasının işçisi olub. Danışıqlar zamanı prezident seçkiləri müzakirə olunubВ». Mənbə iddia edir ki, Rüstəm İbrahəimbəyov rəsmi Bakının təmsilçisindən özünün Azərbaycana gələcəyi təqdirdə nələrin baş verəcəyini soruşub: В«Təbii ki, onun həbsi barədə müzakirə aparılıb və rəsmi Bakı adından tanınmış rejisora heç bir hüquqi təqibin olmayacağı barədə vəd verilib. Və bunun qarşılığı olaraq Rüstəm İbrahəimbəyov da müəyyən jestləri etməyə hazır olduğunu bəyan edibВ». Xatırladaq ki, bu arada Rüstəm İbrahəimbəyovun 30 iyul tarixində Bakıya gələcəyi haqda xəbərlər yayılıb. Mənbəmizə görə, tanınmış rejissor Bakı ilə anlaşdıqdan sonra Azərbaycana gəlmə qərarını təsdiqləyib. Geri qayıt |