Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVDAN HƏMKARINA AĞIR SÖZLƏR

ZİYA MƏMMƏDOVDAN HƏMKARINA AĞIR SÖZLƏR


18-07-2013, 14:56
ZİYA MƏMMƏDOVDAN HƏMKARINA AĞIR SÖZLƏR
DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ilə bağlı hakimiyyət içində ciddi fikir ayrılığı yaranıb. Bu ilgic məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq çatdırıb. Mənbə iddia edir ki, məsələ pula bağlıdır.

Qaynağın söylədikləri: В«Bu seçki prosesinin maliyyələşdirilməsi iki oliqarx məmura həvalə edilib. Onlardan biri nəqliyyat naziri Ziya Məmmədov, digəri isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Hər dəfə belə olur və seçkilərin keçirilməsi üçün büdcədən ayrılan vəsait tamam fərqli ünvana gedirВ».

Mənbəmizə görə, bu dəfə FHN şefi ilə nəqliyyat naziri arasında fikir ayrılığı seçkinin maliyyələşdirilməsində kimin daha az və yaxud da daha çox pul sərf etməsilə bağlı yaranmayıb: В«Maraqlıdır ki, hər iki oliqarx-nazir seçkiləri təkbaşına maliyyələşdirməyə üstünlük veribВ».

Məlumata görə, buna səbəb də nazirlər arasındakı rəqabətlə bağlıdır: В«İllərdir ki, Ziya Məmmədovla Kəmaləddin Heydərovun münasibətlərində gərginldik yaşanılır. Bu gərginlik baş nazirlik uğrunda açılan savaşla da özünü ortaya çıxardı. Ziya Məmmədov FHN şefi ilə rəqabətə o qədər aludə olub ki, hətta oğlu Anar Məmmədovu da Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova bəzətməyə çalışırВ».

Mənbəyə görə, qarşıdan gələn prezident seçkilərilə bağlı pul xərcləmə məsələsinə reaksiya verən NN şefi bildirib ki, o, seçkiləri təkbaşına maliyyələşdirə bilər: В«Hətta bu zaman ağır ifadə də işlədib. В«Mən o günə qalmadım ki, kimlərsə mənə priçep olsunlarВ» deyən Ziya Məmmədov FHN şefini bu yolla seçkidən kənarda qoymağa çalışıbВ».

Geri qayıt