Əsas Səhifə > Güney Press / Manşet > TÜRKİYƏ MƏTBUATINDA В«AZƏRSUNВ» VURULDU
TÜRKİYƏ MƏTBUATINDA В«AZƏRSUNВ» VURULDU17-07-2013, 16:53 |
![]() DİA.AZ: - Zaman-zaman В«AzersunВ» Holdinqin PKK terror təşkilatı ilə adı qoşa çəkilsə də, buna sübut olaraq ortaya real faktlar qoyulmayıb. Amma artıq bunu sübutlayan kifayət qədər ciddi faktlar var. Və onlardan bəziləri Türkiyə mətbuatı tərəfindən açıqlanıb. DİA.AZ-ın qardaş ölkənin KİV-lərindən əldə etdiyi informasiyaya görə, В«AzersunВ» Holdinqin PKK terrorçu təşkilatına açıq maliyyə dəstəyi verməsini sübutlayan sənədlər Türkiyənin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Və hətta iddia olunur ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Bakıya məhz bu məqsədlə gəlibmiş. Məlumatda qeyd olunur ki, Azərbaycanda kifayət qədər şəbəkələşmiş В«AzersunВ» Holdinqin hətta Türkiyədə də uzantıları var ki, bu sistemdə əsasən Türkiyə vətəndaşı olan və PKK-ya simpatiyalarını gizlətməyən kürdlər çalışır. Türkiyə mətbuatının yazdığına görə, Azərbaycanda ciddi şəkildə himayə olunan В«AzersunВ» Azərbaycanda ərzaq bazarının 50 faizdən yuxarı qisminə nəzarət edir. Eyni zamanda xüsusi himayə səbəbindən В«AzersunВ»un idxal etdiyi məhsullara 38 faiz gömrük güzəştləri də tətbiq olunur ki, bu da çox ciddi məbləğ olmaqla yanaşı, В«AzersunВ»un Azərbaycan bazarındakı ədalətsiz inhisarının yaranmasına gətirib çıxarır. PKK-ya pulların isə В«AzersunВ»dan fərqli bir xəttlə ötürüldüyü iddia olunur. Mənbəyə görə, В«AzersunВ»a Rusiya paytaxtında saxta bir tərəfdaş şirkət yaradılıb və guya ki, həmin tərəfdaşla alış-veriş işləri həyata keçirilir. Və nəticədə hər ay həmin qondarma tərəfdaş şirkətin hesabına 1 milyon dollar pul köçürülür ki, həmin vəsaitin də PKK-ya çatdırıldığı Türkiyə polisinə tam məlumdur. Hər halda, bu faktların Azərbaycanda böyük rezonans yaradacağı şübhəsizdir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |