Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYIT BƏLƏDİYYƏSİNDƏ HƏBS TƏHLÜKƏSİ

SUMQAYIT BƏLƏDİYYƏSİNDƏ HƏBS TƏHLÜKƏSİ


17-07-2013, 16:02
SUMQAYIT BƏLƏDİYYƏSİNDƏ HƏBS TƏHLÜKƏSİ
DİA.AZ: - Redaksiyamıza Sumqayıt bələdiyyəsinin sədri, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının rəhbəri Əbülfəz Babayevlə bağlı ilginc faktlar ötürülüb. DİA.AZ-a bu barədə daxil olan məlumatlardan aydın olur ki, vəziyyət o həddədir ki, bələdiyyə seçktoru ilə bağlı müxtəlif yerli və beynəlxalq layihələrdə həlledici fiqur kimi diqqətə gələn Əbülfəz Babayevə qarşı cinayət işi də açıla bilər. Bu haqda az sonra…

Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, bu gün Sumqayıt bələdiyyəsinin balansında olan texnikalar Əbülfəz Babayev tərəfindən ayrı-ayrı şəxslərə qanunsuz olaraq icarəyə verilib: В«Bələdiyyələrin iş görməli olduğu ünvanlarda isə texnika çatışmır. Hətta hansısa qanunsuz torpaq zəbti zamanı belə bələdiyyə işçiləri tikilən hasarı В«lopatkaВ» ilə uçurmalı olurlar. Bələdiyyənin texnikası isə Sumqayıtın daş bazarında icarədədirВ».

Mənbə iddia edir ki, Sumqayıt bələdiyyəsinin sədri 8 il ərzində yalnız özünə sərvət toplamaqla məşğul olub: В«Bu gün Abşeronda az qala elə bir kənd yoxdur ki, orada Sumqayıtın bələdiyyə şefinin villası olmasın. Tammam, özünə ev tikirsə, tiksin, amma bunu halallıqla etsin. İmkan versin sıravi vətəndaşlar da ev tikə bilsinВ».

Məlumata görə, bu gün Əbülfəz Babayev özünə daxma qaraltmaq istəyən vətəndaşdan torpağın yerinə görə ən azından 2 min manat pul alır.

İndi isə gələk əsas məqama. DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, Əbülfəz Babayev çox ciddi məbləğdə pulların yeyintisində ittiham olunur. Bildirək ki, bununla bağlı redaksiyamıza konkret sənədlər də verilib. Və bu yöndə araşdırma aparırıq, yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt