Əsas Səhifə > Güney Press / Manşet > ARZU RƏHİMOV CİDDİ ŞƏKİLDƏ NARAHATDIR

ARZU RƏHİMOV CİDDİ ŞƏKİLDƏ NARAHATDIR


15-07-2013, 16:19
ARZU RƏHİMOV CİDDİ ŞƏKİLDƏ NARAHATDIR
DİA.AZ: - Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılovun həbs edilməsini təsdiqləyib.

Məhkəmədən bildirilib ki, A. İsmayılov barəsində iyun ayının 6-da həbs qətimkan tədbiri seçilib. O, dələduzluqda ittiham olunur.

Qeyd edək ki,həbs Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilib. Anar İsmayılov hərbi prokuror Xanlar Vəliyevin şəxsi nəzarəti altında dindirilib. Daxil olan məlumatda qeyd olunur ki, A. İsmayılovun həbs olunmasına səbəb xidmətin rəisi Arzu Rəhimovun hazırda həbsdə olan Natiq adlı sürücüsü ilə 500 min manatlıq sövdələşmə ilə bağlıdır.

Belə ki, bir müddət əvvəl Arzu Rəhimovun sürücüsü Natiq, Anar İsmayılovun yanına gedərək, A.Rəhimovun adından vəzifədə qalması üçün müəyyən məbləğ verilməli olduğunu bildirib. Sürücü qeyd edib ki, yaxın münasibəti olan digər hərbi komissrlara da bu barədə razılığa gəlinə bilər. Əks halda, həmin şəxslər vəzifədən uzaqlaşdırılacaqlar. Xəbərə görə, A. İsmayılov yaxın münasibətdə olduğu İsmayıllı və Ağsu rayonundalı həmkarları ilə birlikdə 500 min manat məbləğində pulu toplayaraq, A. Rəhimovun sürücüsü Natiqə çatdırıblar. Natiqin bu pulu konkret kimə çatdırdığı məlum deyil.

DİA.AZ-a bu arada daxil olan məlumatlardan aydın olur ki, baş verən olayla bağlı Arzu Rəhimovu əməllicə sıxışdırırlar. Hətta əl-ayağa düşən Arzu Rəhimov adının bu işdə hallandırılmasının qarşısını almağa da çalışır.

Xatırladaq ki, az əvvəl Arzu Rəhimovun istefaya gedə biləcəyi ilə bağlı məlumat da vermişdik. DİA.AZ-a daxil olan son məlumatlara görə, Arzu Rəhimovun adından hətta bəzi KİV-lərə onun şəklinin yığışdırılması xahişi ilə də müraciət olunub.

Geri qayıt