Əsas Səhifə > Güney Press / Manşet > “QAİ”-NİN ŞİRVANDAKI RÜŞVƏT RIÇAĞI

“QAİ”-NİN ŞİRVANDAKI RÜŞVƏT RIÇAĞI


22-12-2011, 17:29
“QAİ”-NİN ŞİRVANDAKI RÜŞVƏT RIÇAĞI

BAKIDA 800-1000 MANATA SATILAN “PRAVA”, ŞİRVANDA 650 MANATA VERİLİR

DİA.AZ: - Göyçay rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilərkən В«şərəfinəВ» bütün göyçaylıların qurban kəsib, bir neçə gün bayram etdikləri Vüqar Məmmədyarov indi də 4 saylı qeydiyyat-imtahan bölməsinin rəisi kimi Saatlı və Sabirabad rayonları sakinlərinin başağrısına çevrilib.

Onsuz da sadə insanların hüquqlarının daima tapdandığı, bura üz tutanların zorla rüşvət verməyə cəlb edildiyi, sürücülük vəsiqəsinin, avtomobilin nömrə-nişanlarının, texniki pasportlarının onlara birə-on qiymətə satıldığı bu bölmədə yeni rəisin təyinatından sonra, necə deyərlər, qanunlar bir qədər dəyişilmiş, reklamlarda olduğu kimi В«qiymətlər 80% endirilmiş, 150% qaldırılmışdırВ».

İndi oğul ona deyərəm ki, həvəskar sürücülük vəsiqəsini 650 manatdan aşağı ala bilsin. Rəisin imtahan otağında qurdurduğu imtahan aparatları lap yetimçilik çəkmiş В«stalВ» uşaqlar kimi adamın üzünə qayıdırlar; yüz dəfə düzgün cavabın düyməsini bas, eləcə В«təəssüf edirikВ»-deyib duracaq. Yəni təəssüf edirik ki, В«sizin əmanətiniz hələ rəisə çatmayıbВ». Bu aparatların dilini yetimlərin dilini yetimxananın rəhbəri bildiyi kimi, yalnız Vüqar Məmmədyarovun qul-beçələri və özü bilir.

Şirvana gedib-gəlməkdən bezən, В«Təəssüf edirikВ»dən başqa bir şey görməyən birisi birtəhər yol tapıb Vüqar müəllimin qəbuluna düşərsə, nəinki aparatda yazıldığı kimi В«təəssüf edəcəkВ», lap o çobanın dostu kimi peşiman olacaq. Çünki elə rəisin otağına girən kimi, Vüqar müəllim ona elə bir hədə-qorxu gələcək, elə həndrəvari şantaj edəcək ki, yazıq o vəfalı heyvandan da pis peşiman olub arxasına baxa -baxa qaçacaq. Xoşbəxt o adamdır ki, tez qaçıb canını qurtarsın və Vüqar müəllimin türkünməsəli çoxmərtəbəli söyüşlərini eşitməsin. Amma rəisin belə В«antikvarВ» söyüşlərini eşitmək hamıya nəsib olmur. Onları ancaq səbrini basa bilməyib В«şikayət edəcəyəm!В»- deyənlər eşidə bilərlər. Biz həmin söyüşləri qələmə almayacağıq. Çünki orda rəis zəif cinsin nümayəndələrinin ünvanına da В«SMSВ»-lər göndərir. Qısası, belə şeyləri orijinaldan eşitmək daha yaxşıdır. Mənə qalınca, mən bu В«SMSВ»-ləri orijinaldan eşitmişəm.

Hörmətli Prezidentimizin bütün insanları korrupsiyaya qarşı mübarizədə fəal olmağa, belə hallar barədə müvafiq orqanlara operativ məlumat verməyə çağırdığı bir zamanda Şirvandakı 4 saylı rayonlararası qeydiyyat-imtahan bölməsində açıq-aşkar alver gedir. Sürücülük vəsiqəsinin, texniki pasportun, avtomobil nömrəsinin alınmasından, avtombilin qeydiyyata salınmasından alınan məbləğlə, bu işlərin dövlət tərəfindən tənzimlənən qiymətləri arasındakı fərqi hesablayan olsa, həmin bölmədən gün ərzində çıxarılan pul kisələrinin təqribi sayını da bilmək olar. Amma bizə təqribi say lazım deyil. Başqa qurumlar olmasa da, DİN yanında korrupsiyayla mübarizə idarəsi bu pul kisələrindəkiləri çox asanlıqla В«hesablayaВ» bilər və əminik ki, В«hesablayacaq!В»

Əliağa Qurbanov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Geri qayıt