Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOVUN ADAMI HƏLƏ DƏ ÜMİDLİDİR

MİSİR MƏRDANOVUN ADAMI HƏLƏ DƏ ÜMİDLİDİR


8-07-2013, 17:00
MİSİR MƏRDANOVUN ADAMI HƏLƏ DƏ ÜMİDLİDİR
DİA.AZ: - Nazir Mikayıl Cabbarov tərəfindən vəzifədən alınan iqtisadiyyatşöbəsinin sabiq müdiri Şahrza Əliyevinətrafında yaranan qalmaqallı ab-hava günü-gündən daha da qızışır. Misir Mərdanovun postundan uzaqlaşdırılmasından sonra Təhsil Nazirliyində (TN) həyata keçirilən kadr islahatları ən çox iqtisadiyyat şöbəsinin keçmiş müdirini şoka saldı. 20 ilə yaxın bir müddətdə bu vəzifəni icra edən sabiq məmur gözləmədən işdən azad edildi. Bu vaxta qədər həmişə özündən razı olan, media nümayəndələrinə yuxarıdan aşağı baxan şöbə müdiri bu gün üzləşdiyi vəziyyətlə əlaqədar olaraq çox susqun görünür.

Biz zamanında ona çox demişdik ki, belə qanunsuzluqların yeri yoxdur, gec-tez nə vaxtsa haqq-ədalət öz yerini tapacaq. Buna baxmayaraq, keçmiş şöbə rəhbəri hər dəfə yazdıqlarımızı qulaqardına vurur, öz bildiklərini həyata keçirirdi. Ancaq indi başa düşür ki, vaxtında törətdiyi özbaşınalıqların yeri yox imiş. Xatırladaq ki, DİA.AZ olaraq keçən günlərdə nazirliyin keçmiş işçisinin fəaliyyətinin Hesablama Palatası və Maliyyə Nazirliyi tərəfindən araşdırılacağı, hətta barəsində cinayət işinin açıla biləcəyi ilə bağlı söhbət açmışdıq. Həbs olunacağı xəbərinin yayılmasından sonra təşvişə düşən Şahrza Əliyev bu günlərdə mətbuata açıqlama verərək bəzi fikirlər səsləndirib. Yenidən vəzifəyə qoyulacağı ümidi ilə yaşayan sabiq məmur bildirib ki, onun haqqında yazılanların heç bir əsası yoxdur:

В«Mən öz elmimlə, bacarığımla bu səviyyəyə çatmışam. İndiyə qədər 7 nazirlə işləmişəm. İqtisad elmləri namizədiyəm. Sadəcə, yeni nazir gəldikdən sonra mən öz ərizəmlə işdən çıxdım. Mən öz ərizəmlə işdən çıxanda Mikayıl müəllim məni yeni işlə təmin edəcəyini bildirib. Başqa yerlərdən də təkliflər gəlib. Lakin işlədiyim müddətdə işim ağır olub. Sentyabr ayına kimi dincəlmək istəyirəm. Ondan sonra mənə edilən təklifləri dəyərləndirəcəm. Mənim fəaliyyətim həmişə şəffaf olub. Hesablama Palatası yoxlamalar aparıb, heç bir neqativ hal aşkar edilməyibВ».

Biz onun bu cür açıqlama verəcəyini əslində gözləyirdik. Heç vaxt kimsə nöqsanlarını qəbul edib deməz ki, mən əyri işlərlə məşğul olmuşam. Nazirliyin sabiq əməkdaşı deyir ki, 7 nazirlə işləyib və öz elmi ilə bu səviyyəyə çatıb. 7 nazirlə işləmək o demək deyil ki, şöbə müdiri bacarığına görə vəzifədə qala bilib. Çoxları onun 20 illik vəzifə dövrünü hansı yollarla qoruduğunu yaxşı bilirlər. Sadəcə, müəyyən səbəblərə görə, bunları açıqlamaq istəmirik. Digər tərəfdən, şöbə müdiri şəffaf işləyirdisə, niyə indiyə qədər barəsində bir dəfə də olsun mətbuatda müsbət rəy verilməyib. Şəffaf işləyibsə, dəyəri 20 milyon manat olan В«JasminВ» Ticarət Mərkəzini necə tikdirib? Heç kimi aldatmaq lazım deyil. O deyir ki, nazir onu vəzifəyə qoyacağına dair söz verib. Nazir onu vəzifəyə təyin edəcəkdisə, nəyə görə iqtisadiyyat şöbəsinin rəhbəri postundan uzaqlaşdırırdı? Görünür, sabiq şöbə müdirinin vəzifə iştahası hələ də qabarıqdır. Fikrimizcə, onun bütün çabaları, eləcə də açıqlamaları boşunadır.

DİA.AZ-a daxil olan son məlumatlara görə, artıq Maliyyə Nazirliyi, Hesablama Palatası və aidiyyəti prokurorluq orqanlarının əməkdaşları Şahrza Əliyevin Təhsil Nazirliyindəki 20 illik fəaliyyətini araşdırmağa hazırlıq işləri görürlər. Mənbənin sözlərinə görə, qeyd olunan müddət ərzində nazirliyin büdcəsinə külli miqdarda ziyan vuran şəxsə qarşı ən ağır formada cəzalar tətbiq edilə bilər: В«Sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin üzləşdiyi vəziyyət göz qabağındadır. Onlar da heç vaxt gözləməzdilər ki, nə vaxtsa işdən xaric edilib həbs olunacaqlar. Reallıq ondan ibarətdir ki, hazırda hər iki sabiq nazir məhbus həyatı yaşayırlar. Odur ki, nazirliyin keçmiş işçisi barədə aparılacaq araşdırmalardan sonra eyni hal təkrarlana və o, həbs oluna bilərВ».

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

Geri qayıt