Əsas Səhifə > Güney Press / Manşet > SAATLIDA İRANA DƏSTƏK DURAN MƏMURLAR KİMDİR?

SAATLIDA İRANA DƏSTƏK DURAN MƏMURLAR KİMDİR?


5-07-2013, 17:13
SAATLIDA İRANA DƏSTƏK DURAN MƏMURLAR KİMDİR?
DİA.AZ: - Dünən Saatlı rayonunda baş verən siyasi gərginliklə bağlı ilginc faktları diqqətinizə təqdim etmişdik. Və bildirmişdik ki, rayonda İran xəfiyyəsinə yardım edən kifayət qədər sayda məmurlar var.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, İranın xüsusi xidmət orqanları ilə işbirliyi şübhə doğurmayan şəxslərə birbaşa olaraq yardım edənlərdən biri icra başçısı Siraqəddin Cabbarovdur. Onun sürücüsü vasitəsilə В«məscidə yardımВ» adı altında dindarlara pul ötürdüyü söylənilir.

Digər bir şəxs isə Saatlı rayon maliyyə şöbəsinin müdiri Namiq Bağırovdur. Məhz onun maliyyə yardımları vasitəsilə hazırda həbsdə saxlanılan Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədovun prezidentliyə namizədliyi üçün Saatlıda 2400 imza toplanılıb.

Bu barədə mənbənin söylədikləri: В«Əmirov Adil Sadiq oğlu adlı şəxs həmin kampaniyada fəallıq edib. Özü aptek işçisi olsa da, yerli məmurların himayəsi altındadır. Və həm də İrana bağlı birisi kimi tanınırВ».

Onu da bildirək ki, DİA.AZ-a Siraqəddin Cabbarovun prezident seçkisi ərəfəsində hakimiyyətə sadiq fiqurları seçki komissiyalarından uzaqlaşdırma siyasəti ilə bağlı da ilginc faktlar daxil olub. Və belə bir addım dünən də atılıb ki, hətta Saatlının tanınmış YAP-çılarından biri həbsə də atılıb.

Bu və digər faktları sabah daha geniş materialda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt