Əsas Səhifə > Güney Press / Manşet > BİNƏQƏDİNİN HƏRBİ KOMİSSARI ALVER BAŞINDA

BİNƏQƏDİNİN HƏRBİ KOMİSSARI ALVER BAŞINDA


4-07-2013, 15:23
BİNƏQƏDİNİN HƏRBİ KOMİSSARI ALVER BAŞINDA
DİA.AZ: - Yadınızdadırsa, 2011-ci ilin aprel ayında Binəqədi Rayon Hərbi Komissarlığının rəhbəri Feyzi Ağabəyov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar həbs olundu. Hərbi komissarın barəsində Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham elan olunub. Onun həbsindən bir müddət sonra, yəni 2012-ci ildə Respublika Hərbi Komissarlığı ləğv edilərək yerində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradıldı. Xidmət yaradılarkən ölkə rəhbərliyi tərəfindən qarşıya belə bir tapşırıq qoyuldu ki, bu sahədə indiyədək mövcud olan çoxsaylı problemlər aradan qaldırılsın.

Lakin xidmət rəisi, general-leytenant Arzu Rəhimov ənənəvi korrupsiya mexanizmasını jimayəsi altına almaqla sübuta yetirdi ki, bu qurumda işlər heç vaxt düzələn deyil və köhnə üsullar həmişə işlək vəziyyətdə qalacaq.

DİA.AZ-a daxil olan məlumatlara görə, xidmətin Binəqədi rayon şöbəsi rüşvətin çiçəkləndiyi ən “mübarək məkan”lardan biridir. Məlumatlı mənbənin sözlərinə görə, şöbənin rəisi, polkovnik-leytenant Mehman Qurbanov gənclərin hərbi xidmətə çağırışı zamanı ilginc maxinasiyaların baş verməsinə şərait yaradır: В«Hərbi xidmətdən yayınmaq istəyənlər xeyli əvvəldən rəisin qapısını döyməyə başlayıblar. Belə ki, tam sağlam olan, ancaq Vətənin keşiyində dayanmaq istəməyən gənclərin valideynləri şöbə rəisi ilə danışaraq müəyyən В«tələbВ»lərin müqabilində istəklərinə nail olurlar. Şöbə rəisinin əlində sağlam gəncləri xəstə etmək, В«niqodnıyВ» çıxarmaq çox asan işdir.

Hər şey pulun başındadır. Pulun varsa, ver işini həll elə. Polkovnik sanki burda açıq bazar yaradıb. O özü isə bildirir ki, bu cür işləməyə məcburdur. Çünki xidmət rəisi Arzu Rəhimov hər ay ondan aylıq hesabat tələb edirВ».

Qeyd edək ki, SHXÇDX rəhbəri hər dəfə deyir ki, yerli şöbələr tam nəzarətdədir, orda heç kimdən rüşvət tələb edilə bilməz. Hər halda görünən dağa bələdçi lazım deyil...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt