Əsas Səhifə > Güney Press / Manşet > OLİQARXLARIN ŞOK YENİ İL PLANI
OLİQARXLARIN ŞOK YENİ İL PLANI21-12-2011, 17:08 |
![]() XALQDAN TALANAN PULLAR HARA GEDİR - SİZ DƏ BİLİN! DİA.AZ: - Oliqarx-məmurlarımızın kifayət qədər israçı olmaları və onların yaşayışları ilə xalqın riafh halı arasında böyük uçurumun olması barədə yetərincə yazılıb, xəbərlər verilib. Bu dəfə eşidəcəyiniz faktlar isə sizləri daha da dəhşətə gətirəcək. Çünki açıqlanan faktlardan da aydın olur ki, nədən bu gün məmurlarımız kürsülərindən beşəlli yapışıblar və nədən onlar xalqa qarşı, xalq etirazlarına münasibətdə bu qədər acımasız və amansızdırlar. Onu da bildirək ki, məmurlar daha çox əyləncə məsələsinə pul xərcləyirlər. Aparılan araşdırmalar təsdiqləyir ki, əksər məmurlar üçün əsas əyləncə mövzusu qadınlarla vaxt keçirtməkdir. Və əksəriyyəti bu işdə müğənnilərin imkanlarından istifadə edirlər. İstər səhnəyə yenicə çıxan gənclər olsun, istərsədə kifayət qədər tanınmışı, fərq etməz. Əsas məsələ zövqdür. İlkin müəyyənləşmələr təsdiqləyir ki, nazir səviyyəsində olan məmur bu məqsədlə ay ərzində öz əyləncəsinə 50-100 min manat arası pul xərcləyir. Bura qadınların maddi təlabatlarını təmin etməkdən tutmuş, xarici ölkələrdə istirahətlərinin təşkilinə qədər detallar nəzərə alınır. Amma bu sistemli şəkildə xərclənən vəsaitdir. Nisbətən aşağı təbəqəli məmurlarda o birilərdən geri qalmır. Məsələn təqribihesablamalara görə orta səviyyəli məmur bir aylıq əyləncəsi üçün 20 min manata qədər pul xərcləyir. Ən dəhşətlisi isə budur ki, milyonlar xərclədikləri xanımlarla əlaqələr bir neçə ay çəkir vəç onlar yeniləri ilə əvəzlənir. Dəhşətlisi isə ordadır ki, əyləncəyə ayrılan vəsait sadə kütlənin cibindən çıxır. Bunu da aydınlaşdırdıq ki, münasibətlərin bir neçə aylıq olmasının əsas səbəbi xanımların xəyanət etməsidir. Düzdür, bəzi hallarda xəyanət edən qadınlara verdikləri maşınları və ya evi əllərindən alırlar. Amma bu istisna hallarda baş verir. Görünür, elə buna görə də Azərbaycanda şou-biznes В«inkişafВ» edir. В«DünyaВ» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) hökumət içindəki çox etibarlı mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, qarşıdan gələn yeni il münasibətilə də məmurlarımız əməlli-başlı tərləməli olacaqlar. Onların arasında elələri var ki, bu bayramla bağlı istirahətlərinin təşkili məqsədilə hətta bir gecə üçün 150 min dollarından keçməyə də hazırdır. Onlardan birinin gənclər və idman naziri Azad Rəhimov olduğu bildirilir. Bu barədə məlumatı verən qaynaq iddia edir ki, Azad Rəhimov yeni ilin ilk gününü Parisdə Eyfel qülləsində qarşılayacaq: В«İl təhvil olandan sonra isə nazir 130 min dollara kirayələdiyi gəmi ilə İstanbuldan - boğazdan səyahətə çıxacaqВ». Nəqliyyat Naziri Ziya Məmmədov isə Yeni ili yaxın dostu В«ASTВ» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun dəvəti ilə Antalyada В«Mardan PalaceВ»də qarşılayacaq. Bu barədə danışan mənbəmizin sözlərinə görə, nazirimiz qonaq olsa da, onun da istirahəti üçün ciddi məbləğdə vəsait xərcləyəcəyi şübhəsizdir: В«Ən azından nazirin oğlu Anar Məmmədovun planları fərqlidir. O, Cəubi Amerikada - Braziliyada yeni ili qarşılayacaqВ». Onu da qeyd edək ki, mənbəmizin bu qədər məlumatlı olması onun bəzi turizm şirkətləri ilə əlaqəli çalışmasının nəticəsidir. Bunu da mənbəmiz bildirdi və vurğuldı ki, son günlərlə onlarla məmur və yaxud da məmur övladı təxminən ümumi qyməti 3 milyon ABŞ dollarına yaxın istirahət turu sifarişi də veriblər. Geri qayıt |