Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ ƏSƏDOV ƏN İNANILMIŞ FİQURA ÇEVRİLİB
ƏLİ ƏSƏDOV ƏN İNANILMIŞ FİQURA ÇEVRİLİB3-07-2013, 15:31 |
![]() DİA.AZ: - В«Ramiz Mehdiyevə müavin təyin edildikdən sonra mövqeləri möhkəmlənən Əli Əsədov çox mühüm dövləti vəzifəyə hazırlanırВ». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr verib. Xəbəri verən qaynağın bildirdiyinə görə, zamanında Ramiz Mehdiyevə qarşı Prezident Administrasiyası daxilində açılan cəbhənin ən fəal tərəfi kimi diqqətə gələn Əli Əsədov bu gün kifayət qədər güclü fiqura çevrilməkdədir. Mənbənin söylədikləri: В«Əli Əsədov bu gün Bakının az qala yarısının sahibidir. Mərkəzdəki bütün yeni tikililər demək olar ki, ona aiddir. Təkcə Bayıl qəsəbəsi ərazisində onlarla yeni obyekti fəaliyyətə başlayıbВ». Mənbə iddia edir ki, əlində böyük pul kütləsi formalaşdıran Əli Əsədov mühüm bir posta hazırlanır: В«Bu vəzifə gözlənilənlərin əksinə olaraq Prezident Administrasiyasının rəhbəri postu deyil. Tamam başqa vəzifədir. Və ola bilsin ki, prezident seçkilərinə qədər Əli Əsədov yeni vəzifəsinə təyin edilsinВ». Geri qayıt |