Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOV ÖZÜNÜ ÇƏTİN DURUMA SALIB
CAVİD QURBANOV ÖZÜNÜ ÇƏTİN DURUMA SALIB1-07-2013, 17:22 |
![]() DİA.AZ: - В«AzəryolservisВ»in rəhbəri Cavid Qurbanov hakimiyyətin hədəfinə çevrilə bilər. DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, uzun müddət adı nəqliyyat naziri Ziya Məmmədovla qalmaqallarda hallandırılan, sürücüsünün adı İranın xüsusi xidmət orqanlarının əməkdaşı kimi hallandırılan Cavid Qurbanov bu gün bir çox iqtidar dairələri üçün pul kisəsi rolunu oynamaqla yanaşı, həm də bir sıra müxalifləri də maliyyələşdirməkdədir. Ki, bu da ASC prezidentinə əlavə başağrısı yarada bilər. Məlumatı verən mənbənin bildirdiyinə görə, zamanında AXC iqtidarının kadrı kimi önə çıxmağa müvəffəq olan Cavid Qurbanov hakimiyyətin dəyişə biləcəyi əndişəsindən çıxış edərək, özü üçün В«ehtiyat enmə zolaqlarıВ» formalaşdırmaqdadır. Mənbənin söylədikləri: В«Konkret olaraq Cavid Qurbanov tərəfindən himayə olunan iki nüfuzlu müxalifət siması bu gün ASC prezidentinin В«gələcəyinin qarantıВ» kimi təqdim olunur. Amma Cavid Qurbanovun bu təşəbbüslərindən В«yuxarılarВ» da məlumat alıbВ». Və bu səbəbdən də ASC prezidentinin çətin vəziyyətə düşdüyünü söyləyən mötəbər mənbə iddia edir ki, indi Cavid Qurbanov çoxbilmişliyinin güdazına gedə bilər: В«Ona həmin müxalifətçilərin ümumiqtidar maraqları yolunda istifadəsi üçün təlimat verilib. Amma Cavid Qurbanov həmin müxaliflərə В«görüm-baxım eləsə də, onlar üzərində siyasi hökmranlığa malik olmadığından verilən tapşırığa bir aydır ki, əməl edə bilmir. Və elə bu səbəbdən də Cavid Qurbanov В«adamlarınaВ» hələlik ortalıqda görükməməyi tapşırıbВ». Mənbəmiz amma deputatın bu rahatlıqla canını qurtara biləcəyini güman etmir: В«Çünki seçkiqabağı ərəfədə siyasi hadisələr qaynadıqca hakimiyyətin Qurbanovun adamlarına ehtiyacı yaranacaqВ». Geri qayıt |