Əsas Səhifə > Güney Press / Manşet > ŞAHRZA ƏLİYEVƏ QARŞI İTTİHAM AKTI HAZIRLANIR

ŞAHRZA ƏLİYEVƏ QARŞI İTTİHAM AKTI HAZIRLANIR


27-06-2013, 18:34
ŞAHRZA ƏLİYEVƏ QARŞI İTTİHAM AKTI HAZIRLANIR
DİA.AZ: - Bu günlərdə təhsil naziri Mikayıl Cabbarov tərəfindən vəzifəsindən alınan Nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev həbs oluna bilər. Bu şok məlumatı DİA.AZ-a TN-dəki məlumatlı mənbələr çatdırıb.

Qeyd edək ki, bir neçə il əvvəl həbs olunan şair Əli Kərimin oğlu Orxan Kərimov Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin müavini olub. Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 21-də həbsdən azad olunub.

DİA.AZ-a danışan mənbə bildirir ki, hələlik Şahrza Əliyevin hansı ittihamlarla həbs ediləcəyi məlum olmasa da, ona qarşı cinayət işinin başlandığı dəqiqdir: “Gələn həftə istintaq orqanları Şahrza Əliyevin ifadəsini alması üçün ona dəvət göndərəcək”.

Onu da bildirək ki, Şahrza Əliyev keçmiş təhsil naziri Misir Mərdanovun əsas pulyığanlarından biri olub.

Geri qayıt