Əsas Səhifə > Güney Press / Manşet > SƏLİM MÜSLÜMOVUN QOHUMU GÖRƏVDƏN ALINIR
SƏLİM MÜSLÜMOVUN QOHUMU GÖRƏVDƏN ALINIR27-06-2013, 16:19 |
![]() DİA.AZ: - Hakimiyyət kadr islahatlarına gedir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbə xəbər verib. Qaynağın bildirdiyinə görə, yaxın günlərdə Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev yaxın günlərdə vəzifəsindən azad edilcək. Mənbə bildirir ki, Ənvər Seyidəyliyev qarşıdan gələn prezident seçkilərilə bağlı nəzərdə tutulan kadr islahatları çərçivəsində vəzifəsindən azad ediləcək. Mənbənin xəbərinə görə, onun yerinə onun yerinə hazırda rayon icra hakimiyyətin başçısının birinci müavini postunu tutan Novruzov Rasim Səbzalı oğlu təyin ediləcək. Maraqlıdır ki, Novruzov Səbzalı Rasim oğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxsdir. PA şefinin mövqeləri isə son günlərdə ciddi şəkildə sarsılıb. Yəni belə bir situasiyada Mehdiyevin adamına etimad göstərilməsi anlaşılan hesab olunmaya bilər. Onu da xatırladaq ki, Ənvər Seyidəliyev Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümüovun yaxın qohumu və etimad göstərdiyi bir adamdır. Geri qayıt |