Əsas Səhifə > Güney Press / Manşet > MÜSTƏNTİQ GƏNC QADINI ÖLÜM HƏDDİNƏ ÇATDIRDI

MÜSTƏNTİQ GƏNC QADINI ÖLÜM HƏDDİNƏ ÇATDIRDI


25-06-2013, 16:29
MÜSTƏNTİQ GƏNC QADINI ÖLÜM HƏDDİNƏ ÇATDIRDI
DİA.AZ: - Az əvvəl xəbər verdik ki, Şamaxı rayonunda 37 yaşlı qadın özünü yandırıb. Bildirək ki, hadisə bu gün saat 13:00 radələrində Şamaxı şəhəri Natəvan küçəsi 18 saylı evdə baş verib. 1976-cı il təvəllüdlü Ağayeva Tamilə Qasım qızı üstünə benzin tökərək özünü yandırıb.

Təcili olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Tamilə Ağayevanı həkimlər çətinliklə xilas edə biliblər. II və III dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsində müalicə olunan xəstənin bədəninin 54 faizi yanıb. Hazırda yanıq şokunda olan Tamilə Ağayeva 3 övlad anasıdır və həyat yoldaşı dünyasını dəyişib.

Qadının hansı səbəbdən özünü yandırması ilə bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub. Rayondakı qaynağın redaksiyamıza bildirdiyinə görə, hadisə qadının yerli məmurlara etirazından dolayı baş verib.

Mənbənin söylədikləri: В«Dəfələrlə yerli icra strukturlarına, hüquq-mühafizə orqanlarına, xüsusən də rayon prokurorluğuna müraciət edib. Öhdəsində 3 azyaşlının olduğunu, onları təkbalşına saxlamaq məcburiyyətində qaldığını bildirib. Eyni zamanda onun rayon prokurorluğu ilə də problemi olub.

Amma buna rəğmən qadına nə probleminin həllində, nə də iş tapmasında yardım edən olmayıb. Buna etiraz olaraq da gənc qadın çıxış yolu kimi intiharı seçib. Və əslində onun niyyəti özünü öldürmək olubВ».

Bir başqa qaynaq isə Şamaxıdan DİA.AZ-a bildirib ki, Tamilə Ağayevanın əri bu yaxınlarda dünyasını dəyişib. Mənbənin söylədikləri: В«Tamilə Ağayevanın həyat yoldaşı özünün dayısı oğlu ilə söhbətdən sonra dünyasını dəyişib. Bundan sonra Tamilə Ağayevə prokurorluğa müraciət edib. Amma onun şikayəti qulaqardına vurulub.

Bu işə baxan prokurorluğun Toğrul adlı müstəntiqinin qarşı tərəfin marağından çıxış etdiyini görən, gənc qadın həyat yoldaşı olmadan yaşamağın ona çətin olacağını bildirib və həyatına qəsd edibВ».

Yenə də olayla bağlı araşdırmalarımız davam edir və bütün tərəfləri dinləməyə hazırıq…


Geri qayıt