Əsas Səhifə > Güney Press / Manşet > SƏBAİL BƏLƏDİYYƏSİNDƏ ŞIDIRĞI ALVER GEDİR

SƏBAİL BƏLƏDİYYƏSİNDƏ ŞIDIRĞI ALVER GEDİR


24-06-2013, 17:39
SƏBAİL BƏLƏDİYYƏSİNDƏ ŞIDIRĞI ALVER GEDİR
DİA.AZ: - Redaksiyamıza Səbail bələdiyyəsiyyə bağlı şikayət məktubu daxil olub. DİA.AZ-a edilən müraciətdən aydın olur ki, Səbail bələdiyyəsində əməlli-başlı bazar açılıb. Belə ki, bələdiyyənin ərazi-torpaq daimi komissiyası hətta sənədi olan torpaqları belə qanunsuz elan edərək istədiyi məbləği almadan vətəndaşlara xidmət göstərmir.

Redaksiyamıza daxil olan müraciətdə bildirilir: В«5 il əvvəl Səbail rayonu ərazisində 4 sotluq ərazini satın almışam. Və əlimdə bələdiyyədən verilən sənəd olmasına baxmayaraq mənim torpaq üzərindəki hüququm tanınmır. Bununla bağlı müxtəlif instansiyalara müraciət etsəm də, problemimin həllinin bələdiyyədə olduğu deyilirВ».

Vətəndaş bildirir ki, amma bələdiyyədən ona torpağı üzərindəki hüququnun rəsmiləşdirilməsi üçün heç bir kömək edilmir: В«Aşkar surətdə rüşvət istədikləri aydındır. Bu bir yana. Əlimdəki sənədin qanunsuz olduğunu iddia edirlər. Və mənə bildirirlər ki, bu sənəd saxtadır. Əgər sənəd saxtadırsa, bələdiyyədə kötüyü yoxdursa, o zaman bunun məsuliyyətini mən yox, elə bələdiyyənin özü daşıyırВ».

Onu da bildirək ki, redaksiyamıza müraciət edən vətəndaş bələdiyyənin rəhbərliyi ilə bağlı da ilginc faktlar verib və onunla görüşünü telefonu ilə lentəə çəkib. Həmin materialı da yaxın vaxtlarda redaksiyamıza təqdim edəcək.

Geri qayıt