Əsas Səhifə > Güney Press / Manşet > FƏRHAD ƏLİYEV В«İÇƏRİDƏВ» ÖZÜNÜ В«YAXŞI APARIRВ»

FƏRHAD ƏLİYEV В«İÇƏRİDƏВ» ÖZÜNÜ В«YAXŞI APARIRВ»


21-06-2013, 17:16
FƏRHAD ƏLİYEV В«İÇƏRİDƏВ» ÖZÜNÜ В«YAXŞI APARIRВ»
DİA.AZ: - В«13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun Milli Şuranı dəstəkləməsi haqda açıqlaması əslində elə də ciddi rezonans yaratmamalı idiВ». Bu sözləri DİA.AZ-a açıqlamasında hökumət içindəki mənbə söyləyib.

Qaynaq bildirir ki, Əli İnsanov əvvəlindən də müxalifətə keçdiyini bəyan edib: В«2007-ci ilin iyun ayından Əli İnsanov müxalifətdədir. Bunu rəsmən elan edib. Və hətta İsa Qəmbər başda olmaqla bir neçə müxalifətçidən hakimiyyətdə olduğu dönəmlərdə etdiklərinə görə üzr də istəmişdi. Odur ki, onun məlum açıqlaması yenilik deyildiВ».

Mənbəmizə görə, əsl yenilik 2005-ci ilin 17 oktyabr hadisələrinin digər В«qurbanıВ» - keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin müxalifəti dəstəkləməsidir. Mənbə iddia edir ki, konkret olaraq bu barədə Fərhad Əliyevlə vəkillərindən birinin araçılığı ilə təklif edilsə də, keçmiş nazir imtina qərarı verib:

В«Fərhad Əliyev nəinki Milli Şuraya, ümumiyyətlə, siyasətə qoşulmayacağını bildirib. O, deyib ki, əgər azadlıqda olarsa, bu zaman siyasətlə məşğul olub-olmayacağı ilə bağlı qərar verə bilərВ».

Mənbəmiz onu da bildirdi ki, Fərhad Əliyevin belə bir mövqe nümayiş etdirməsi В«yuxarılardaВ» da ona müəyyən qədər simpatiya yaradıb: В«Baş verənlərdən В«yuxarılarВ» məlumatlandırılıb. Və Fərhad Əliyevin Milli Şuradan imtina etməsi təqdir olunubВ».

Geri qayıt