Əsas Səhifə > Güney Press / Manşet > BÜLBÜLƏ SAKİNLƏRİ RİSQ ALTINDA YAŞAYIRLAR

BÜLBÜLƏ SAKİNLƏRİ RİSQ ALTINDA YAŞAYIRLAR


13-06-2013, 15:59
BÜLBÜLƏ SAKİNLƏRİ RİSQ ALTINDA YAŞAYIRLAR
DİA.AZ: - Redaksiyamıza Bülbülə qəsəbə sakinləri şikayətlə müraciət ediblər. DİA.AZ-a ünvanlanan müraciətdə şikayətçilər qəsəbə sakinlərinin həyatının risq altında olduğunu bildirirlər.

Şikayətçilər redaksiyamıza bildirir: В«Bülbülə qəsəbəsi ərazisində В«DördyolВ» adlanan yer var. Həmin ərazidə həm dəmiryolu üçün nəzərdə tutulan keçid və həm də avtobus dayanağı da yerləşir.

Amma buna baxmayaraq yolla sürətlə hərəkət edən maşınlar qəsəbə sakinlərinin həyatı üçün rəsmən təhlükədir. İndiyənə qədər bu ərazidə dəfələrlə yol qəza hadisəsi olubВ».

Şikayət məktubunda deyilir ki, bununla bağlı bütün əlaqədar təşkilatlara müraciət etsələr də, problemi həll edən yoxdur: В«Əvəzində insanların təhlükə altında yaşaması davam edirВ».

Sakinlər bildirir ki, dünən də eyni yolda qəza olub və bir qadın dünyasını dəyişib. Yəni çarə edilməsə, təhlükə qüvvəsində qalır.

Geri qayıt