Əsas Səhifə > Güney Press / Manşet > В«MİLYARDERLƏR İTTİFAQIВ» RUSİYADA DİLƏNÇİLİK EDİR

В«MİLYARDERLƏR İTTİFAQIВ» RUSİYADA DİLƏNÇİLİK EDİR


12-06-2013, 17:06
В«MİLYARDERLƏR İTTİFAQIВ» RUSİYADA DİLƏNÇİLİK EDİR
DİA.AZ: - ««Milyarderlər İttifaqıВ» Rusiyada yaşayan azərbaycanlıların baş bəlasına çevrilibВ». Bu sözləri DİA.AZ-a Moskvada yaşayan soydaşlarımız deyir. Onların bildirdiyinə görə, hətta bu hadisə ilə əlaqədar Rusiyada yaşayan azərbaycanlılar arasında pul yığmağa da başlayıblar.

Hər halda, Kremlin layihəsi kimi qiymətləndirilən və cəmiyyət arasında В«Milyarderlər İttifaqıВ» kimi tanınan, onlarla tanınmış, kifayət qədər pulu olan Azərbaycan əsilli iş adamının dəstək verdiyi Rusiya Azərbaycan Təşkilatları İttifaqının Rusiya bazarlarında min-bir çətinlik hesabına pul qazanan azərbaycanlılardan pul toplanılması heç də inandırıcı görünməsə də, bu barədə DİA.AZ-a danışan soydaşlarımız faktı təsdiqləyiblər.

Onlar bildirir: В«Əslində Rusiyada ailələrinin dolanışığını təmin etmək üçün min-bir əziyyət çəkən soydaşlarımıza bu yolla təzyiq edirlər, onları siyasi seçim etməyə vadar edirlər. İndidən görünür ki, Bakı ilə münasibətləri pozulan Kreml qarşıdan gələn prezident seçkilərində Rusiyadakı azərbaycanlıların səsini hakimiyyətin xeyrinə hesablanmasına əngəl olacaq.

Çünki bu gün bazarlarda işləyən azərbaycanlılardan simvolik məbləğdə olsa da, pul yığılır və pulu verməyənlər deportasiya ilə hədələnir. Bu isə siyasi seçim etməkdirВ».

Soydaşlarımız onu da bildirdi ki, pultoplama kampaniyasına RATİ-nin təsiri altında olan bir neçə diaspora nümayəndəsi rəhbərlik edir.

Geri qayıt