Əsas Səhifə > Güney Press / Manşet > ŞAMAXIDA SARAYDAXİLİ ÇƏKİŞMƏLƏR ARTIB
ŞAMAXIDA SARAYDAXİLİ ÇƏKİŞMƏLƏR ARTIB11-06-2013, 16:36 |
|
DİA.AZ: - Şamaxı İcra hakimiyyətindəki etibarlı mənbədən bildiriblər ki, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev vəzifəsindən alınır. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, başçının xəstəlik adı ilə yola salınacağı haqda bir müddət əvvəl yayılan xəbərlər doğrudur. Mənbənin söylədikləri: “Çünki o cənab prezidentin etimadını doğrultmayıb, prezident Şamaxıya səfəri zamanı işlərdən razı qalmayıb. Bu dəqiqə rayonda tam özbaşınalıqdır. Bütün idarə və təşkilatlar öz kefindədir, işləyən yoxdur”. Mənbənin bildirdiyinə görə Şamaxıda başçıların “başının belə tez əkilməsi” (Asif Məmmədov bir il yarım, Asif Ağayev isə beş ay işləyib) 1-ci müavin Qasım Qasımovun işidir: “Çünki o, başçılardan yuxarılara məlumat ötürərək torbalarını tikir ki, özü başçı olsun”. Daha sonra mənbə bildirir ki, Qasım Qasımova rayonda kimsə etimad göstərmədiyindən bu adamın başçı gətirilməsi daha da böyük narazılıqlar yarada bilər. Geri qayıt |