Əsas Səhifə > Güney Press / Manşet > İRAN XƏFİYYƏSİ SABAH BAKINI QARIŞDIRA BİLƏR

İRAN XƏFİYYƏSİ SABAH BAKINI QARIŞDIRA BİLƏR


8-06-2013, 14:05
İRAN XƏFİYYƏSİ SABAH BAKINI QARIŞDIRA BİLƏR
DİA.AZ: - Redaksiyamıza hüquq-mühafizə orqanlarındakı mənbələrdən ilginc bir informasiya daxil olub. Etibarlı qaynağın DİA.AZ-a bildirdiyinə görə, sabah Bakıda İranın nəzarəti altında olan qüvvələrin qəfil etiraz aksiyası həyata keçirilə bilər. Bu barədə rəsmi Bakının müvafiq dövlət qurumlarına siqnal daxil olub.

Mənbə bildirir ki, birbaşa olaraq Tehrandan gələn təlimat əsasında İran xəfiyyəsinin Bakıdakı emissarları həbsdə olan dindarların azadlığı tələbilə paytaxtın bir neçə yerində aksiya planlaşdırırlar: В«Bu səbəbdən polis eyni zamanda bir neçə məkanı nəzarətə götürmək zorunda qalıbВ».

Qeyd edək ki, son günlər İranla Azərbaycan arasında münasibətlər daha da pisləşib. Hətta Allahşükür Paşazadənin İrana səfəri zamanı azadlığa buraxılması rəsmi Tehran tərəfindən nümayişkaranə şəkildə elan edilən azərbaycanlı xanım alim Xalidə Xalid və onun sürücüsü belə, dərhal deyil, süni şəkildə yubadılaraq Bakıya təhvil verildilər.

Bunun əvəzində isə Tehran İran xəfiyyəsinin agenti kimi təqdim olunan Kazıminin azadlığını tələb etsə də, Bakıdan adekvat reaksiya verilmədi ki, bu da münasibətlərin daha da gərilməsinə nədən olub.

Belə bir zamanda İran xəfiyyəsinin Bakını yenidən qarışdırma cəhdi əslində gözlənilən hesab olunmalıdır.

Geri qayıt