Əsas Səhifə > Güney Press / Manşet > QƏNİRƏ PAŞAYEVA BAŞ NURÇUYA TƏŞƏKKÜR ETDİ

QƏNİRƏ PAŞAYEVA BAŞ NURÇUYA TƏŞƏKKÜR ETDİ


8-06-2013, 13:27
QƏNİRƏ PAŞAYEVA BAŞ NURÇUYA TƏŞƏKKÜR ETDİ
DİA.AZ: - Qardaş Türkiyədə Beynəlxalq Türkcə Dərnəyinin (TÜRKCEDER) təşkil etdiyi 11-ci Türkcə Olimpiadasının finalı dünən baş tutub. Bildirək ki, jüri üzvləri arasında Ajda Pekkanın, Birol Güvənin, Fatih Qısabarmağın, Aslıhan Ərkişinin və digər tanınmışların da yer aldığı bu dəfəki tədbirə azərbaycanlı xanım millət vəkili Qənirə Paşayeva da qonaq qismində qatılıb.

DİA.AZ bildirir ki, tədbirdə iştirak edən Qənirə Paşayeva olimpiadanın keçirilməsini alqışlamaqla yanaşı, çıxışında bu ideyanın memarlarına da təşəkkürünü bildirib.

Qeyd edək ki, sözügedən şəbəkə başında Fətullah Gülənin dayandığı nurçulara aid olduğundan Qənirə Paşayevanın da Fətullah Gülənə təşəkkür etməsi qənaəti formalaşır.

Həmin tədbirin videsounu diqqətinizə təqdim edirik:


Geri qayıt