Əsas Səhifə > Güney Press / Manşet > AKP ATATÜRKÜN QƏBRİNİ DƏ HƏDƏFƏ ALA BİLƏR
AKP ATATÜRKÜN QƏBRİNİ DƏ HƏDƏFƏ ALA BİLƏR4-06-2013, 18:18 |
|
DİA.AZ: - Atatürk Mərkəzinin yerində В«daha qürurlu obyektВ» tikəcəyini deməsiylə bütün Türkiyəni ayaqlandıran qardaş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın adamları bu gün hakimiyyətlərini itirmə qorxusu yaşadıqlarından artıq başlarını da itiriblər. Elə buna görədir ki, Ərdoğan tərəfdarları narazı xalqa qarşı polislə əl-ələ verərək vəhşiliklər etməklə məşğuldur. DİA.AZ bildirir ki, həmin şəxslərdən biri də hakim Ədalət və Qalxınma Partiyasının gənclər qolunun başqanı Fərhad Küpoğludur. Bildirək ki, özünün В«TvitterВ» səhifəsində üsyançı camaatı ələ salmaqdan belə çəkinməyən Fərhad Küpoğlu hətta Türkiyə Respublikasının qurucusu Atatürkün uyuduğu Anıtqəbri yıxa biləcəklərini də açıqlayıb. Hər halda, bütün bunlar AKP iqtidarının hansı həddə harınlamasının göstəricisi kimi qəbul olunmalıdır. Geri qayıt |