Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ELŞAD ABDULLAYEVƏ QARŞI YENİ CİNAYƏT İŞİ
ŞOK: ELŞAD ABDULLAYEVƏ QARŞI YENİ CİNAYƏT İŞİ3-06-2013, 16:04 |
![]() DİA.AZ: - Hazırda Fransada siyasi mühacir həyatı yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza maraqlı bir məlumat ötürülüb. Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı ilkin iddiaları zamanı Elşad Abdullayev özü barəsində də bildirmişdi ki, o da mələk deyil. Yəni necə ki, ondan hiylə yolu ilə milyonları alıblar, həmin milyonlar da halal zəhmət hesabına qazanılmamışdı. DİA.AZ-a daxil olan son məlumatlara görə, məhz bu məqamla bağlı Elşad Abdullayevə qarşı yeni cinayət işinin qaldırılması nəzərdə tutulub. Xatırladaq ki, neçə müddətdir ki, ABU-da oxumuş tələbələrin hüquqlarının müdafiə komitəsi tərəfindən Elşad Abdullayevə qarşı ifşaedici materiallar toplanılmaqdadır. Həmin materialların əksəriyyətində isə tələbələrin Elşad Abdullayevi rüşvətxorluqda ittiham etməsi öz əksini tapıb. Mənbəmiz bildirir ki, həmin materiallarla yanaşı, Elşad Abdullayevin təhsil nazirliyinin yüksək ranqlı əməkdaşlarından biri ilə ortaq korrupsiyaya yol verməsini sübutlayan dəlillər keçmiş rektora qarşı ittihamın irəli sürülməsi üçün istifadə oluna bilər: В«Yaxın günlərdə belə bir qərar rəsmən açıqlanacaqВ». Bu arada əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Elşad Abdullayevə qarşı qaldırılacaq yeni ittihamlara görə, hədəfə çevriləcək təhsil nazirliyinin yetkili şəxsi hazırda vəzifə başında olduğundan onun da postundan uzaqlaşdırılması gözlənilir. Geri qayıt |