Əsas Səhifə > Güney Press / Manşet > В«JURNALİSTLƏRƏ AYRILAN EVLƏRİNВ» SAHİBLƏRİ BƏLLİDİR
В«JURNALİSTLƏRƏ AYRILAN EVLƏRİNВ» SAHİBLƏRİ BƏLLİDİR31-05-2013, 18:26 |
![]() DİA.AZ: - Bu gün ən aktual məsələlərdən biri də jurnalistlər üçün prezidentin ayırdığı 5 milyon manat vəsaitlə inşa olunan binadakı mənzillərin paylaşdırılması ilə bağlıdır. Artıq bu barədə kifayət qədər ciddi müzakirələr yaranıb. Bununla bağlı DİA.AZ-a açıqlama verən hökumət içindəki mənbə çox ilginc faktları açıqladı. Mənbənin sözlərindən belə aydın oldu ki, artıq evlər paylaşdırılıb və bölüşdürülüb: В«Burada bir neçə məqam ciddi şəkildə nəzərə alınıb. Məsələn, В«AzadlıqВ», В«Yeni MüsavatВ» kimi qəzetlərə bir və yaxud da iki ev verməklə onların arxasında dayanan siyasi partiyaların - AXCP və Müsavatın susdurulması niyyəti də güdülür. Yəni evlərin paylanmasındakı ədalətsizliyin siyasiləşdirilməməsi üçün belə bir addım atılacaqВ». Mənbəmiz bildirir ki, evlərin sahibləri də məlumdur: В«Hətta evlərin sahibləri də məlumdur. Sənəd toplanışı formal xarakter daşıyır. Bunun günahkarı isə birbaşa olaraq Prezident Administrasiyası rəhbərliyidir. Onlar prezidentin ayırdığı 5 milyon manatı zamanında 2 il banklarda saxlayaraq, böyük qazanc əldə etdilər. İndi isə inşa olunan mənzilləri də yalnız öz maraqlarında olan mediaya verməklə, əslində illərdir onlar üçün çalışan jurnalistlərini - mirzələrini mükafatlandırmağı düşünürlərВ». Təbii ki, belə bir prosesin adının isə DÖVLƏTİN MƏTBUATA QAYĞISI kimi təqdim olunması da absurddur. Bu fikrimizi bölüşən mənbə maraqlı bir məqamı da açıqladı: В«Bəzi xəbərlər də yayılıb ki, evlərin bir otağı 5 min manatdan satılıb. Bu da inandırıcı ola bilər. Çünki bu prosesdə çox ciddi maxinasiyalara yol verildi. Hətta pul ayrılandan sonra öz övladını, qardaşı oğlunu rəhbəri olduğu qəzetdə ştata yazdıran baş redaktorlar da olduВ». Geri qayıt |