Əsas Səhifə > Güney Press / Manşet > NAZİRLƏRİMİZ KREMLLƏ SEPARAT DANIŞIQLARDA

NAZİRLƏRİMİZ KREMLLƏ SEPARAT DANIŞIQLARDA


31-05-2013, 15:34
NAZİRLƏRİMİZ KREMLLƏ SEPARAT DANIŞIQLARDA
DİA.AZ: - Hakimiyyət seçkilərə parçalanmış şəkildə gedir ki, bu da iqtidar düşərgəsi üçün ən ciddi qüsur hesab olunur. Elə buna görə də Azərbaycanda çevriliş ideyasını gerçəkləşdirmək istəyən kənar güclər kifayət qədər stimullaşmış mövqedədirlər. Bu barədə DİA.AZ-ı məlumatlandıran hökumət içindəki mənbə iddia edir ki, Kremlin Azərbaycanda çevriliş niyyətində olması faktdır və son günlər siyasi müstəvidə baş verənlərdə də Moskvanın barmağının olduğu aşkar surətdə hiss olunur.

Amma mənbəmiz Bakının da adekvat planlarının mövcudluğu barədə informasiya verib: В«Rusiya rəsmi Bakının şəklini dəyişməyə çalışır. Amma indi əvvəlki dönəmlərdən fərqli olaraq vəziyyət tamamən fərqlidir. Heç Gürcüstandakı kimi seçkilər seçicilərin ixtiyarına buraxılmadığından В«İvanaşvili planıВ» da həyata keçirilə bilməz. Eyni zamanda Azərbaycan hakimiyyətini Qərb və Qərbin iqtisadi-siyasi dairələri ciddi surətdə dəstəkləyir. İllərdir həmin dairələr müxalifət üçün əyləc rolunu oynayıblar.

Bunu dərk etdiyindən Azərbaycan müxalifəti artıq Qərbə söykənərək seçkilərə getmir. Bu dəfə Kremlin projesində yer almağa üstünlük verib

Amma kimsə iddia edə bilməz ki, Rusiya Azərbaycanda Qərbi yenə bilər. Artıq Bakı ilə Moskvanın arasında 22 illik məsafə var və bu məsafəni bir neçə aya yaxınlaşdırmaq qeyri-mümkündür. Ən azından ciddi təbliğat işləri həyata keçirilməlidirВ».

Mənbəmiz bildirir ki, Azərbaycanda ictimai rəylə yox, həlleidici fiqurlarla iş görməyə üstünlük verən Kremlin seçki prosesinə bir vasitə kimi yanaşdığı da hiss olunur: В«Rusları ağılsız hesab etmək olmaz. Onlar bilirlər ki, seçki yolu ilə Azərbaycanda nəyisə dəyişə bilməzlər. Ona görə də indidən həlleidici fiqurları ələ keçirməklə məşğuldurlar. Müxalifətlə yanaşı, hakimiyyət içində də iş görürlər. Artıq neçə nazirimizlə Rusiyanın xüsusi emissarları seçkidən sonrakı dönəmin bazarlığını edibВ».

Geri qayıt