Əsas Səhifə > Güney Press / Manşet > "SADVAL" AZƏRBAYCANA QARŞI MİTİNQ KEÇİRİR
"SADVAL" AZƏRBAYCANA QARŞI MİTİNQ KEÇİRİR31-05-2013, 14:29 |
![]() DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, tarixi Azərbaycan şəhəri olan Dərbənddə yerli rəhbərliyin küçələrdən birinə Heydər Əliyevin adını verməsi Dağıstandakı В«SadvalВ» terror təşkilatının nümayəndələri tərəfindən qıcıqla qarşılanıb. DİA.AZ-ın Rusiyadakı separatçılara məxsus xəbər portalından əldə etdiyi informasiyaya görə, artıq bu məqsədlə aksiya tədarükünə start verilib və hətta sosial şəbəkələrdə də işlər görülür. Bildirək ki, şəhər rəhbərliyinin qərarı ilə Dərbəndin keçmiş В«SovetskiВ» küçəsi Heydər Əliyevin adına verilib. Ki, bu da separatçılar tərəfindən etirazla qarşılanıb. İndi isə separatçılar 8 iyun tarixinə bu qərarın ləğv edilməsi üçün mitinq təyin ediblər.Mitinqin təşkilatçıları qismində isə В«Cənubi Dağıstan Xalqları Mədəni-Tarixi İrsi MərkəziВ» çıxış edir. Mitinqdə 3 minə yaxın insanın iştirakı nəzərdə tutulub. Geri qayıt |