Əsas Səhifə > Güney Press / Manşet > SƏLƏFİLƏR PARTİYA SƏDRİNİN QARDAŞINI İTTİHAM ETDİ

SƏLƏFİLƏR PARTİYA SƏDRİNİN QARDAŞINI İTTİHAM ETDİ


30-05-2013, 17:03
SƏLƏFİLƏR PARTİYA SƏDRİNİN QARDAŞINI İTTİHAM ETDİ
DİA.AZ: - “Son günlər Sumqayıt şəhərində Əhli sünnə camaatının şiələr tərəfindən Sumqayıt şəhər “Cümə” məscidinə buraxılmaması barədə məlumatlar yayılmışdır. Hadisə şahidlərinin sözlərinə görə Əhli sünnə məzhəbinə məxsus camaat Sumqayıt şəhər “Cümə” məscidinə namaza gəlsələr də məscidin rəhbərliyi tərəfindən onlara burada ibadət etməyə imkan vermirlər. Sonuncu dəfə əraziyə çoxlu sayda polis qüvvələri çağırılsa da Əhli sünnə camaatına məxsus ibadətə gələnlər çaxnaşmaya getməyərək, itəatkarlıq göstərərək əmrə tabe olublar”. Bu sözlər DİA.AZ-ın elektron poçtuna göndərilən materialda yer alıb.

Redaksiyamıza göndərilən məlumatda daha sonra deyilir: “Məscidin imamı Hacı Rauf və tərəfdarları bu məscidin Şiə məscidi olduğunu bildiriblər və ibadətlə məşğul olmağa gələn əhli sünnə camaatına burada namaz qılmaları üşün imkan verməyəcəklərini bildiriblər. Hadisələrin mərkəzində isə keçmiş millət vəkili Mirmahmud Mirəlioğlunun (Fəttayevin) qardaşı Mirfəyaz adlı şəxsin durduğu bildirilir.

Qeyd edək ki, Mirfəyaz İran molla rejiminin qatı tərəfdarı və bu rejimin Azərbaycandakı aparıcı ideoloqu hesab olunur.

Əhli sünnə camaatının əsas narazılığı isə ondan ibarətdir ki, 500 mindən artıq əhalisi olan Sumqayıt şəhərində bir ədəd də olsun əhli sünnə məscidi yoxdur. Mövcud olan 2 şiə məscidinə isə əhli sünnə məzhəbinə malik olan insanlar buraxılmır.

Budurmu İslam tolerantlığı?”

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt